Gündəm


Müğənni Niyam Salami aktyor Fərda Xudaverdiyevlə arasında yaşanan qalmaqala aydınlıq gətirib.

Yenisabah.az-a danışan sənətçi Fərdanın verilişindən getməsinin səbəbini deyib. O, aktyorun ona qarşı saymazlıq etdiyini bildirib:

"Mən Fərdanı aldatmamışam, bu heç vaxt ola bilməz. O, özü-özünü aldadır. Fərda fikirləşmir ki, danışmamışdan əvvəl düşünmək lazımdır. Əgər Niyam Salami xəstə halda evindən qalxıb saçını düzəltdirməyə gedib, usta tapmayıb sonra evinə usta gətizdirib saçını düzəltdirib verilişə gedirsə, deməli, onu sayıb gedir. O özü orada mənə saymazlıq elədi. Çıxıb efirdə onu demir, amma belə danışır. Mən hələ heç nə demirəm, qoy o özü mənə zəng eləsin, üz-üzə gəlsin, ya da hansısa verilişdə qarşılaşaq onun üzr istəməyini özünüz görəcəksiniz, görəcəksiniz ki, necə səhv edib. Özü saymazlıq etdi. Özü məni qırağa çəkib başqa bir hadisəni danışdı, mən də o hadisəyə uyğun sakit reaksiya verdim və istəmədim onun təzə verilişində problem yaransın və ona görə getdim”.

Qeyd edək ki, bir neçə gün öncə Fərda Amin efirlərin birində Niyam Salaminin ona qarşı hörmətsizlik etdiyini demişdi:

"Niyam heç kimə heç nə demədən çıxıb gedib. Köməkçisi deyib ki, başı ağrıyır. Bunu mənə demək olmazdı? Xəstə ola-ola səni orada saxlayacaqdım? Zəng etdim, telefonuma cavab da vermədi. Veriliş onun üçün qurulmuşdu, ssenari yazılmışdı. Niyam, sənə yaraşdırmadım. Belə dostluq, yoldaşlıq olmaz. Saymamazlıq etdi, uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım. Bunu dünən çıxan vayner edə bilərdi. Vaynerə sosial şəbəkə lazımdır, sənə televiziya mütləqdir”.

Son xəbərlər

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Bütün xəbərlər