Gündəm


Saatsaz Hacı Fətəliyev moderator.az-ın suallarını cavablandırıb.

– Saatsaz Hacı Fətəliyev necə oldu ki, birdən-birə məşhurlaşdı?

– Mən 1994-cü ilin aprel ayında Bakıya gəlmişəm. O vaxt məni tanıyan yox idi. "Tarqovu”da bir mağazanın içində saatsaz yeri götürdüm, başladım saatları təmir etməyə. Elan da yazdım ki, düzəlməyən saatları təmir edirəm. Daha sonra geriyə işləyən saat düzəltdim. O vaxt bu cür şeyləri heç kim normal qəbul edə bilmirdi, etmirdilər də. Mənə qəribə baxırdılar. Məhz bu cür işlər məni yavaş-yavaş məşhurlaşdırdı.

– Siz həm də cənab prezidentlə görüşmüsüz. Istərdim bu görüşünüzdən danışaq.

– Mən İlham Əliyevlə ilk dəfə 2004-cü ilin aprelin 2-də görüşmüşəm. 3 dəfə görüşüm olub. Sonuncu görüşümüz 2009-cu ildə baş tutub. Ondan sonra "Tarqovu”ya gəlməyib, görməmişəm. Məni gördü, yanına çağırdı. O vaxt da Tarqovuda binaları təmir edirdilər. Mənə dedi ki, "Görürsüz də biz buraları yaradırıq, abadlaşdırırıq”. Dedim ki, siz Azərbaycanın çiçəklənməsi üçün əlinizdən gələni edirsiz, sizə əminik, bu yolda sizi dəstəkləyirik”.

– Bu təsadüfi görüş idi. Qismət Allahdandır.

– Cənab prezident sizdən nə soruşdu?

– Məndən hal-əhvalımı soruşdu və işimi xəbər aldı. Mən prezidentdən xahiş etmişdim ki, oğlumu Dövlət Yol Polisinə işə düzəltsin, sağ olsun tapşırıq verdi, oğlumu işə düzəltdilər. Bakı Şəhər Dövlət Yol Polisi idarəsində alay komandiri Rəşadət Babayev və idarənin rəisi Nuşirəvan Səfərov oğluma göz verdi, işıq vermədilər. Onu 1 il gecə növbəsinə təyin etdilər. Adi çay içməyə gedəndə ona töhmət vermişdilər. Sən demə onlar bu töhmətləri yığırmışlar ki, onu işdən çıxartmağa əllərində əsas olsun. Bu iki şəxs mənim oğlumu işdən çıxartdı. Hansı ki, bunu mən cənab prezidentdən xahiş etmişdim. Hətta mən bu xahişimi edəndə Vaqif Axundov dedi ki, cənab prezident bəlkə götürək prezidentin mühafizəsində olsun? Mən razılaşmadım və dedim ki, o yol polisində işləmək istəyir. Onlar mənim oğlumun istəyini gözündə qoydular. Bu bir paxıllıq idi. Yəqin ki, cənab prezident bilmir ki, oğlumu onlar işdən uzaqlaşdırıblar. Bu bizə qarşı böyük haqsızlıq idi. Allah onların bəlasını versin, verdi də. Onlar mənim oğlumu işdən çıxartdılar, Allah da onları biabırçılıqla işdən uzaqlaşdırdı.

– Sizin emalatxananı həm də fotosərgi salonunu bənzədirik. Demək olar ki, bütün məşhurlar sizin bu kiçik emalatxananızda olub..

– Mən bu sənətimlə nəin ki, Azərbaycanda, hətta xarici ölkələrdə tanınmışam. 2015 ci ildə İtaliyanın Milan şəhərində əl işlərim nümayiş olunub, mən 2-ci yerə çıxmışam. Bir çox dünya ölkələrindən mənə orada yaşamağa dəvətlər olub, amma öz ölkəmi qoyub heç vaxt getməyi düşünməmişəm. Dünyada elə bir saat yoxdur ki, mən onu düzəldə bilməyim. Bəzən mənə deyirlər ki, Hacı sən olmasan, bu işləri kim edər?

– Neçə nazirin yaxud dövlət adamının saatını düzəltmisiz?

– Keçmiş baş nazir Novuz Məmmədovun saatlarına həmişə mən baxırdım. Abas Abbasovun, Abid Şərifovun saatını da düzəltmişəm. Hamısı da hər zaman razılıq edirdi. Bu gün də çox ziyalı və vəzifəli şəxslərin saatlarına baxıram. Bəzən elə olur ki, çoxu demir ki, kimin saatıdır, gətirirlər ki, baxın.

– Ən bahalı saat kimin olub?

– Çox olub. Misal üçün deyim ki, müğənni Cavanşir Məmmədovun 40 minlik saatını düzəltmişəm.

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər