Gündəm

Təhsil üçün faizsiz kredit: Yeni işartılar var, lakin sualları ilə birgə
Tələbə kreditləri məsələsi uzun illərdir ölkəmizdə həll olunmamış qalır. Bu səbəbdən bir çox gənc ali təhsildən kənarda qalır, çünki təhsil haqqı hər kəs üçün əlverişli deyil. Koronavirus pandemiyası ev təsərrüfatlarının gəlirlərinin azalmasına səbəb oldu və bu problemi daha da qabartdı. İndi maliyyə çatışmazlığı səbəbindən universitetdə təhsilinə başlaya və ya davam etdirə bilməyənlərin sayı çox olacaq.

Təhsil naziri Emin Amrullayev bu yaxınlarda keçirdiyi brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə danışarkən, təhsil haqlarında problem olduğunu etiraf etdi. Bildirdi ki, bu məsələ universitetlərlə əlaqələndirilərək, fərdi qaydada həll olunmalıdır. Nazirin sözlərinə görə, hökumət ilə parlament arasında təhsilə verilən kreditlər barədə razılaşma planları var. Bunun üçün 80 milyon manat ayrılması planlaşdırılır.

Əmrullayev aztəminatlı vətəndaşlara, eləcə də yüksək akademik nəticələri olan tələbələrə təhsil üçün faizsiz kredit verilməsinin planlaşdırıldığını söylədi. Beləliklə, dövlət aztəminatlı ailələrin üzvlərinə və xüsusən də istedadlı insanlara ali təhsil almaq imkanı yaradır.

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov AYNA-ya açıqlamasında deyib ki, tələbə krediti məsələsinin yenidən gündəmə gətirilməsi sevindiricidir: "Bu məsələ dəfələrlə qaldırılsa da, yalnız indi konkret təkliflər var. Bununla yanaşı, təkliflər hələ araşdırma və müzakirə mərhələsindədir. Bu məsələnin həlli çox vacibdir, çünki ölkə hər kəsin təhsil almasını təmin edən bir kurs seçib və bu siyasət ali təhsilə də aiddir. Çalışmalıyıq ki, Azərbaycanda daha çox ali təhsilli insan olsun. Ancaq təbii ki, təhsilin keyfiyyətini artırmağı da unutmamalıyıq”.

Onun sözlərinə görə, təhsilin yüksək qiyməti səbəbindən, bir çox tələbə xarici ölkələrdə ödənişin daha aşağı olduğu universitetlərdə oxuyur: "Ancaq təhsil naziri düzgün olaraq dedi ki, bir nəfər üçün illik təhsil xərcləri 2500 manatdan 500 manata qədər kəsilərsə, bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək”.

Faizsiz kreditlərə gəldikdə, ekspertin fikrincə, yaxşı bir bilik səviyyəsinin göstəricisi yalnız qəbul zamanı və ümumiyyətlə təhsilin nəticələri ilə toplanan bal ola bilər: "Yaxşı ki, savadlı, oxuyan tələbələrə ali təhsil almaq imkanı veriləcək. Aşağı gəlirli ailədən olan tələbələrin təhsili üçün faizsiz kreditə dair qərar da düzgündür”.

Ancaq bu məsələnin bir tərəfidir. Başqa bir tərəfi də var. Bir sıra abituriyentlər qəbul üçün kifayət edən, lakin çox yüksək olmayan bir bal toplayır, amma onlar imkanı aşağı olan ailələrə aid olmasalar da, yenə də təhsil haqqını ödəyə bilmirlər. Onların taleyi necə olacaq? Ekspert bildirib ki, bu cür tələbələr də təhsil almaq üçün aşağı faizlə kredit ala bilməlidirlər: "Xatırlatmaq istərdim ki, digər ölkələrdən fərqli olaraq, bizdə yerli bankların onlara aşağı faizlə pul verməsi sərfəli olmadığı üçün bu məsələ hələ də həll olunmayıb”.

İsrafilovun sözlərinə görə, tələbə krediti haqqında qanun qəbul edilməlidir. Bununla belə, bu cür kreditlərlə bağlı bir bəndin hazırda qəbul mərhələsində olan "Ali təhsil haqqında” Qanuna daxil edilməsi də mümkündür.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya açıqlamasında, tələbə krediti məsələsinin uzun illərdir həll olunmadığını qeyd edib. O inanır ki, banklarımız bu kreditə razı olmayacaq, çünki, onlar üçün sərfəli deyil.

"Bəzi ölkələrdə, bizdən fərqli olaraq, faiz dərəcələri çox aşağıdır. Kommersiya bankları təhsilə kredit verilməsi ilə, ümumiyyətlə məşğul olmamalıdır. Bu prosesə onları yox, istedadlı gənclərin təhsildən sonra bir neçə il onlar üçün çalışacaqları şərti ilə, bu kreditləri verəcək sahibkarları cəlb etmək lazımdır. Faizsiz kreditlərlə bağlı düşünürəm ki, dövlətimiz bu məsələni həll etmək istəyirsə, Neft Fondunu da cəlb etməliyik. Tələbələrin xaricdə təhsili üçün müəyyən məbləğlər ayrılır, bəs niyə ölkə daxilində oxuyanlar üçün vəsait tapılmasın? Tələbələr dövlətimizin gələcəyidir, Neft Fondunun ehtiyatlarının 25%-i də elə gələcək nəsillər üçün nəzərdə tutulub”, - həmsöhbətimiz vurğulayıb.

Ağayevin sözlərinə görə, faizsiz kreditlərlə geri ödəmə müddəti çox da uzun olmamalıdır: "Təhsil kreditlərinin yalnız istedadlı tələbələr üçün verilməsinin yanlış olduğunu düşünürəm. "İstedad” anlayışının özü də birmənalı deyil və subyektivdir. Məsələn, Eynşteyni heç kim istedadlı saymırdı, hətta, ayaqqabılarının bağını belə, bağlaya bilmirdi, amma indi hamı onun adını bilir”.

"Qazanılan ballardan irəli gələrsək, mənzərə daha aydın olur - iddiaçı keçid balından iki dəfə daha çox nəticə əldə edibsə, belə tələbə mütləq təhsil üçün faizsiz kredit almalıdır. Hesab edirəm ki, ailənin aşağı gəlirli olması təhsil üçün faizsiz kredit verilməsində bir meyar olmamalıdır. Bu məsələdə yeganə amil bilik olmalıdır”, - mütəxəssis əlavə edib.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər