Gündəm

Azərbaycanda yeni üsulla ev almaq olacaq
Azərbaycan Mərkəzi Bankı yaxın zamanda əmanət (yığım)-əmanət bankının yaradılması məsələsini Respublikanın İqtisadi Şurasının müzakirəsinə çıxaracaq.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov, "Biz hesab edirik ki, iqtisadi artımın dəstəklənməsində ipoteka məhsulları çox mühüm rol oynaya bilər”,- deyərək sözlərinə belə davam edib:

"Bir çox ölkədə, o cümlədən qonşu Rusiyada iqtisadi aktivlikdə ipoteka olduqca mühüm rol oynayır. Tikinti sektorunda qoyulan 1 manat investisiya təxminən 4,5-5 manata qədər əlavə effekt yaradır. Əmanət-tikinti bankları modeli ilə biz çoxdan məşğuluq. Vaxtilə Cənubi Qafqazda ilk dəfə olaraq biz ipoteka sistemini yaratdıq və o vaxtlar əmanət-tikinti bankının da yaradılması planlarımızda var idi. Lakin bu məsələ təkcə bizdən asılı deyil. Bu məsələyə dair hökumətdə ümumi razılıq olmalıdır. Biz bu məsələni yaxın vaxtlarda İqtisadi Şuranın müzakirəsinə çıxaracağıq. Hazırda bu məsələ əsaslandırma mərhələsindədir”.

Mərkəzi Bankın sədri əlavə etdi ki, təklif edilən modeldə yığımla məşğul olan əhaliyə dövlət tərəfindən çox ciddi dəstək verilməsi nəzərdə tutulur:

"Yığımla məşğul olan əhaliyə modeldə dövlət tərəfindən çox ciddi dəstək verilir, onların yığdığı vəsaitə qarşı müəyyən dərəcədə dövlət tərəfindən də vəsait verilir. Burada dövlətin marağı ondan ibarətdir ki, bu mexanizm iqtisadi artıma və məşğulluğa dəstəkdir. İqtisadi artım əlavə vergi, büdcəyə daxilolmalar deməkdir. Biz bu məsələni İqtisadi Şuraya çıxaracağıq. İqtisadi Şuranın dəstəyi olacağı təqdirdə, artıq onun qanunvericilik bazası mürəkkəb deyil, bizim çoxdan işlədiyimiz model var, o modeli də təqdim edəcəyik”.

Bəs əmanət-tikinti bankları necə işləyir?

Əhalinin güzəştli şərtlərlə mənzillə təmin edilməsi üçün əmanət-tikinti bankı mexanizmi dünyada çoxdan tətbiq edilir. Bu üsula əsasən, vətəndaşın ev alması iki mərhələdə baş verir.

Birinci mərhələdə - vətəndaş banka müəyyən müddət ərzində əmanət yatırır, hər ay bu əmanətin üzərinə vəsait əlavə edir – aylıq ödəniş şəklində. Bu proses o vaxtadək davam edir ki, toplanan pullar ipoteka krediti üçün, ilkin ödəniş üçün kifayət etsin.

İkinci mərhələdə – Bankda vətəndaşın pulları müəyyən məbləğə çatdıqdan sonra elə həmin məbləği ilkin ödəniş kimi istifadə edərək həmin bankda ipoteka krediti götürülür. Sonrakı müddətdə isə krediti qaytarmağa başlayır.

Yəni sadə desək, bu üsulun digər ipoteka proqramından fərqi odur ki, vətəndaş özünün ilkin ödənişini də həmin bankın vasitəsilə toplayır.

Yeri gəlmişkən, bu üsulun bir qədər fərqli formada Azərbaycanda tətbiqinə başlanılıb.

Bəzi ölkələrdə belə üsuldan istifadə edən vətəndaşlara dövlət də dəstək verir. Belə ki, birinci mərhələdə – vətəndaş hələ ilkin ödəniş üçün banka hər ay pul toplayanda, dövlət də həmin vəsaitin üzərinə əlavə vəsait yatırır, nəticədə ilkin ödəniş daha tez toplanır.

Bu dəstəyimn əhəmiyyəti ondan ibarətdir ki, ilkin ödəniş tez toplandığına görə evi tez almaq olur və vətəndaşlar bu üsula maraq göstərirlər.

İlkin ödənişin toplanması ləngiyəndə isə həmin dövrdə evlərin qiymətinin dəyişməsi və ya devalvasiya kimi risklər problem yarada bilər.

Öz növbəsində bu üsulun dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkə iqtisadiyyatı «uzunmüddətli» pullar əldə edir, tikinti sektoru isə bir neçə il əvvəldən sifarişlər qazana bilir. (Fed.az)

Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər