Gündəm

Kərəm Mustafayev Nəcməddin Sadıkovun yerinə gətirilir
Qarabağda hərbi əməliyyatlar başlayandan dərhal sonra sosial şəbəkələrin Azərbaycan seqmentində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırıldığı haqda xəbərlər yayılmağa başlayıb. Amma həmin vaxt deyilənlər təsdiqlənmədi, Müdafiə Nazirliyinin saytında digər generallarla yanaşı Nəcməddin Sadıkovun da yer aldığı foto peyda oldu.

Bundan bir neçə gün sonra Azərbaycan Müdafiə Nazirliyinin saytından Baş Qərargah rəisi haqda məlumatlar çıxarılıb. Nəcməddin Sadıkovun ardından bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad edilib. Həmin gündən Nəcməddin Sadıkovun yeri haqda ən müxtəlif xəbərlər gəlməkdədir. Son xəbərə görə, onun səhhətində ciddi problemlər var və müalicə üçün Moskvaya üz tutub, xəstəxanalardan birində əməliyyat olunub. Müdafiə Nazirliyinin Sadıkovla bağlı açıqlaması da onun harada olması sualına aydınlıq gətirməyib.

Qurumdan Nəcməddin Sadıkovla bağlı suala "Hazırda hərbi xidmətdə deyil” cavabını verməklə kifayətləniblər. Nəcməddin Sadıkovun vətənə xəyanətdə ittiham edilməsi haqda xəbərləri isə təkzib ediblər. Maraqlıdır ki, onun vəzifəsindən azad edilməsi haqda prezident sərəncamı olmayıb.

Nəcməddin Sadıkovun müəmmalı şəkildə "yoxa çıxmasına” münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bir müddət əvvəl açıqlama verərək onun ev dustağı olduğunu demişdi: "Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb. Görünür həm də müharibə başlayan kimi kənarlaşdırılıb. Ola bilsin, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz. Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki, mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki... Fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə... Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axıE Yəqin evində, villalarının birində ev dustağı olar. Bu məsələnin rəsmiləşməməsi dövlətin xüsusi xidmət orqanlarının işidir. Mən tələb edə bilmərəm ki, sən bunu niyə rəsmiləşdirmirsən? Hər dövlət orqanının öz işi var, onu da yəqin ki bir gün açıqlayar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.

Vətən uğrunda müharibənin getdiyi günlərdə Nəcməddin Sadıkovun 3-cü tərəfə məlumat ötürməklə bağlı tutulduğu haqda xəbərlər vardı və bildirilirdi ki, Nəcməddin Sadıkovu və Rövşən Əkbərovu tutduqları vəzifədən qovublar. Əkbərovun ölkədən getməsinə imkan verilsə də, Sadıkova belə bir imkan tanınmayıb. Bloger Həbib Müntəzir Nəcməddin Sadıkovun səhhətində ciddi problem yarandığı üçün Moskvada açıq ürək əməliyyatı keçirməsi xəbərinin doğru olmadığını yazıb.

"Müdafiə Nazirliyi də rəsmi olaraq bildirib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil. 27 illik Baş Qərargah rəisi ordu sıralarından ehtiyata buraxılıb. Amma məndə olan dəqiq məlumata görə, Qəbələdə, Qafqaz-Tufandağ hotelində, 8 qoruması ilə birgə, VİP otağında dincəlir. Onun səlahiyyətlərini isə rəsmi olmasa da general-leytenant Kərim Vəliyev həyata keçirir”, - deyə bloger qeyd edib.

Nəcməddin Sadıkovun vəzifəsindən qovulması barədə prezident sərəncamı yoxdur. Kərim Vəliyevin müvəqqəti olaraq həmin vəzifəni icra etdiyi bildirilir. İddiaya görə, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi postuna Kərəm Mustafayevin namizədliyi nəzərdən keçirilir. Hazırda müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı olan Kərəm Mustafayev 1962-ci ilin 1 iyul tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Hərbi xidmətə 1983-ci ildə SSRİ Silahlı Qüvvələri tərkibində tağım komandiri kimi başlayan Kərəm Mustafayev SSRİ dağılana qədər müxtəlif hərbi hissələrdə baş bölük komandiri və tabor komandiri vəzifələrinə qədər yüksəlib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri kimi işə başlayan zabit qısa müddət ərzində Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrinə qədər yüksəlib. 14 may 2014-cü il tarixdə müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub. Kərəm Mustafayevin namizədliyinin nəzərdən keçirilməsinin isə onun Türkiyə Silahlı Qüvvələri ilə isti münasibətlərinə söykəndiyi qeyd olunur. Hələ 2-ci Qarabağ müharibəsindən əvvəl Türkiyə Milli Müdafiə Nazirliyinin ən sıx əlaqə saxladığı general Kərəm Mustafayev idi. Ötən il iyulun 12-də ermənilərin Tovuz rayonuna hücumları bitəndən dərhal sonra Türkiyənin milli müdafiə naziri Hulusi Akar Naxçıvana səfər etmiş və iyulun 17-də Kərəm Mustafayevlə görüşmüşdü. 2-ci Qarabağ Müharibəsində Naxçıvan xüsusi təyinatlılarının qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində uğurlara imza atmaları Kərəm Mustafayevin nüfuzunu bir qədər də artırıb. Hətta belə xəbərlər də var ki, Nəcməddin Sadıkov "itkin düşəndən” sonra Ankara ilə bir sıra önəmli görüşlərə Kərəm Mustafayev göndərilib. Müharibədən sonra, dekabrın 24-də Kərəm Mustafayevin Ankaraya səfər etməsi və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülərlə başa-baş görüşməsi də ona göstərilən böyük etimaddan xəbər verir. Bu baxımdan Kərəm Mustafayev Baş Qərargah rəisi postuna ən şanslı namizəd hesab edilir. Əlbəttə ki, son söz ölkə başçısınındır.
"Yeni Müsavat”

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Bütün xəbərlər