Gündəm


"AtaSığorta” şirkətinin keçmiş filial direktoru Gürşad Abuşov yeni rəhbərliyin qanunsuz əməllərlə işçilərin maaşlarını vermədiyini və yaxın əlaqələrindən istifadə edərək məsul şəxslər barədə prokurorluqda araşdırma aparılmasını təşkil etdiyini iddia edib.

Mubahise.az-a müraciət edən Gürşad Abuşov bildirib ki, 2017-ci ildən 2021-ci il yanvarın 8-dək öz komandası ilə "AtaSığorta” şirkətində işləyib: "2020-ci ilin noyabr ayından şirkətin Direktorlar Şurasının sədri Ağakərim Məlikaslanovun tapşırığı ilə mənə, işçilərim və agentlərimə qarşı təzyiq və təhdidlər başlayıb. Belə ki,yanvarın 8-də məni özümün də xəbərim olmadan Sumqayıt filialının direktoru vəzifəsindən müqaviləmə birtərəfli olaraq xitam verərək azad ediblər.

Yanvarın 22-də isə digər işçilərimlə birlikdə Sumqayıt şəhər prokurorluğuna bizdən şikayət ediblər. Səbəb kimi inventarın təhvil təslim verilməməsi və əmək müqaviləsi ilə çalışan agentlərimin birinin Abşeron rayonu Xırdalan şəhərində, digərinin isə Lənkəran şəhərində fəaliyyət göstərməsi olub.

İddia edirlər ki,bu agentlər gəlib sənin ofisində oturmalı olduğu halda niyə gedib Xırdalanda və Lənkəranda sığorta satışı həyata keçiriblər? Sığorta agentləri Abdullayev Ruslan, Abuşov Vilayət və Şahzadə Emin 2020-ci ildən bu günə kim satdıqları sığorta haqqına görə komisiyaların ala bilmirlər.

Ağabalayeva Sona isə pandemiya vaxtında Covid-19 virusuna yoluxaraq bülletendə olduğu halda, onu da yanvarın 18-də işdən birtərəfli qaydada azad ediblər.

Ruslan Abdullayevin həm də əmək müqaviləsi olduğu üçün çağırıb baş ofisdə ona qarşı təsir edərək ərizə yazmağa məcbur ediblər. İndi onun barəsində də prokurorluğa şikayət ediblər,guya ki, o müqavilənin şərtlərini pozaraq işə gəlməyib. Amma bu şəxsin ofisi Xırdalan şəhərindədir və burada iş funksiyasın yerinə yetirib. Ofisin üzərində "AtaSığorta” şirkətinin reklamı var. Şirkət rəhbərliyindən tutmuş kadrlar şöbəsinin rəhbərliyinə kimi hamısı bu şəxsin ofisinin Xırdalanda olduğun bilirdi.

Lakin təzə gələn rəhbərlik işçiləri - Təhlükəsizlik departamentinin direktoru Rüfət Hüseynov (əvvəl prokrorluqda işləyib), HR və inzibati işlər departamentinin direktoru İlqar Sadıqov ("AtaBank”dan gəlib), 10 ildən çoxdur "AtaSığorta” şirkətinin Hüquq departamentində çalışan Xətai İsmayılov, təzəlikcə İdarə Heyəti sədrinin müavini seçilmiş Toğrul Qaçayev guya özlərin elə aparırlar ki, bundan xəbərsiz olublar və indi cinayətkarı üzə çıxarıblar”.

G.Abuşov sonda qeyd edib ki, "AtaSığorta” şirkətinin Direktorlar Şurasının sədri Ağakərim Məlikaslanovun atası Abdul Məlikaslanov Mərkəzi Bank sədrinin müşavirdir.

Son xəbərlər

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Bütün xəbərlər