Gündəm

ÇİN SƏDDİNİ VƏ İNSANLIĞIN QIRMIZI XƏTTİNİ KEÇƏN BƏLƏDİYYƏ SƏDRİ-VİDEO
 
 
 
 
 
 
 

Bəzən həyatda və  cəmiyyətimizdə elə haqsızlıqlar və elə hallar baş verir ki, onlara biganə və etinasız yanaşmaq, üstündən sükutla keçmək, münasibət bildirməmək mümkün deyil. Çox təəssüf ki, belə hallar ölkəmizdə getdikcə çoxalır, elə eybəcərliklər, elə qanun pozuntuları və hətta insanlıq adına ləkə gətirən elə hallar olur ki,  adam inanmaq istəmir. Amma əlahəzrət fakt faktdır!.. Bu faktları yaradan, sadə insanların haqqını, hüququnu pozan qatı düşmənlərimiz,  yadelli işğalçılar deyil, özümüzünkülərdir. İnanıb, etibar edilib irəli çəkilənlər,  vəzifə başına gələnlər, qoyun dərisinə bürünmüş ac qurdlardır. Belələri bütün dəyərlərin üstündən xətt çəkərək öz şəxsi maraq və istəklərini təmin etmək üçün  haldan hala düşür, alçalır, nifrət doğuracaq qədər hər cür eybəcərlıklərə əl atırlar. 
Özündən kiçikləri incitmək, haqqına girmək, böyüklərin qarşısında baş əymək, xalqın, dövlətin malını oğurlamaq onların başlıca amalına çevrilmişdir. Redaksiyamıza gələn şikayətçilərin demək olar ki, hamısı məhz belə neqativ halların, əyrilərin, oğruların qurbanına çevrilmiş sadə əmək adamlarıdır. Samux rayonu Sərkər kənd sakini Rövşən Məmmədov da  öz halal zəhməti, alın təri ilə  dolanan insanlardan biridir. Haqqı- hüququ pozulmuş,  illərin  ağrı- acılarını çəkmiş R.Məmmədov danışdıqca əsəbləşir, gözləri dolur, yanır, için- için qovrulurdu.

 " Baxan yoxdur” deyir " Baş prokurorluğa, Prezidentə və bir neçə başqa dövlət orqanlarına  şikayət etmişəm, amma  heç bir müsbət cavab almamışam.”  Burda istər- istəməz acı təəssüf  hissi doğuran   sual yaranır: niyə? Nə üçün? Nə üçün zəhmətkeşlərin  şikayətləri vaxtında araşdırılıb cavab verilməsin? Bəs bu işləri kim həll etməlidir? Cənab Prezidentmi? Ölkə başçısı bir nəfərdir. O, hamının yerinə işləyə bilməz! Onun inandığı, seçib təyin etdiyi kadrlar nə üçün ona  göstərinlən etimadı doğrultmağa, öz işini layiqincə yerinə yetirməyə çalışmırlar? Onlara  mane olan nədir? Səriştəsizlik, işi bilməmək, yoxsa daha eybəcər bir formada şəxsi maraq hisslərinin üstünlük təşkil etməsidir?  Bu,daha pisdir. Bu, daha qorxunc və dəhşətlidir. İşi öyrənmək olar, amma ac qurd kimi içini didib- parçalayan nəfsi ram etmək olmaz!  Burda bir məsələni xüsusi vurğulamaq istərdik:  vəzifəyə  öz ata malı kimi, özününkü kimi yanaşır, istədiyi kimi hərəkət edir, davranır. Şəxsi maraqlar milli maraqlardan, dövlət maraqlarından ön plana keçir. Həmin o adamlar özlərini mütləqi- hakim  hesab edirlər, özündən aşağı adamları incidir, get- gələ salır, haqqına girir,onlara əzab verməkdən sanki zövq alırlar. 
        Bunlar şikayətçi Rövşən Məmmədovun dedikləri idi. Dediklərinin bəzilərini isə hələlik yazmırıq. Çünki bizim məqsədimiz kimin nə yolla, nə qazandığını araşdırmaq deyil. Burda böyük hüquq pozuntuları və kifayət qədər cinayət əməlləri var. Yəqin ki, hüquq- mühafizə orqanlarının əməkdaşları vaxt tapıb  araşdırarlar. Əgər unutsalar biz onların yadına salmağı özümüzə borc bilərik.  Bizi isə indi ancaq DogruXeber.az informasiya agentliyinin redaksiyasına  üz tutan, kömək istəyən insanların pozulmuş hüquqlarının və haqlarının bərpası maraqlandırır. Necə ki, şikayətçi Rövşən Məmmədovun sənədli, halal torpaqlarını Sərkər kənd bələdiyyəsinin sədri Şəmistan Yusifov və Rüstəm adlı şəxs caynağına keçirərək onu öz yerindən didərgin salmışdır. Görünür Ş. Yusifovun başı belə qalmaqallı işlərə o qədər qarışmışdır ki, ölkəmizdə yerli özünüidarəetmənin, yəni bələdiyyələrin inkişafı üçün bu sahəyə ictimai nəzarətin təmin edilməsi, bu qurumların fəaliyyətində şəffaflığın artırılması istiqamətində daha yaxşı idarəetmənin yaradəlmasına çalışmaq əvəzinə öz səlahiyyətlərindən, imkanlarından və nüfuzundan istifadə edərək hansı yollarla olur olsun şəxsi maraqlarını həyata keçirmək üçün bütün vasitələrə əl atır. 

Şəmistan Yusifov həmçinin onu da unudur ki, vətəndaşların bələdiyyələrə, bələdiyyə orqamlarına və onların vəzifəli şəxslərinə müraciətlərinə cavab verilməsi müddətinin və qaydasının pozulması bələdiyyələr haqqında qanuna və Azərbaycan Respublikasının digər qanunlarına əsasən müvafiq məsuliyyətə cəlb oluna bilər.  Şəmistan Yusifovun  yadına salırıq ki, Bələdiyyələr haqqında Qanunun 7-ci fəsil 51- ci maddəsində göstərilir ki, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə görə Qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyət daşıyır. Var- dövlət hərisliyi bələdiyyə sədrinin gözlərini o qədər bağlayıb ki, o, Çin səddini, insanlığın qırmızı xəttini və bir çox dəyərlərin üstündən keçərək 16 nəfər ailə üzvü olan, halal zəhməti ilə dolanan sadə bir insanın haqqını pozmuş, qapılara salmış, zəlil gününə gətirmişdir.  Ola bilər. Həyatda elə insanlar var ki, vəzifəyə gələndə, biraz varlanan kimi. əlinə pul düşən kimi gözü ayağının altını  görmür. Görünür Şəmistan Yusifov da belələrindəndir. 

Amma burda o, çox əsas və ciddi bir məsələni   unudur. Bu da Ulu Öndər, ümummilli lider Heydər Əliyev faktorudur! Ona görə ki, çörəyini yediyi bələdiyyələrin yaradılması, formalaşdırılması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tarixinə mühüm bir hadisə kimi daxil olan bu  tarixi gündə Ulu Öndər demişdir: "  Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir. Bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaşımız üçün çox vacibdir.” Məntiqlə düşünəndə belə çıxır ki, bu gün formalaşmış bir bələdiyyəyə sədrlik edən Şəmistan Yusifov öz fəaliyyətində  Ulu Öndərin sözlərinin, fikirlərinin və siyasi kursunun əksinə gedir. Heydər Əliyev həmişə, hər zaman sadə zəhmət adamlarının  həyatı, yaşayışı  ilə yaxından maraqlanmış, onların qayğılarına, problemlərinə diqqətlə yanaşmışdır. Onun ideyalarını, siyasi kursunu Cənab Prezident İlham Əliyev bu gün ləyaqətlə, ardıcıl surətdə davam etdirir. Biz burda çox dərinə getmək istəmirik. Hesab edirik ki, Şəmistan Yusifov nəhayət, hansı məsuliyyətin, hansı yükün altına girdiyinin fərqini dərk edər, haqq yoluna qayıdar. Rövşən Məmmədovun halal torpağını özünə qaytarar və R.Məmmədova öz sahəsində inşa etmək istədiyi tikintinin aparılmasına yardımçı olar. 
 Ümid edirik ki, haqq- ədalət öz yerini tapacaq, Rövşən Məmmədov öz torpağına sahib çıxacaq. Çünki  torpaqdan heç vaxt pay olmaz. Necə ki, ermənilərin  zəbt etdikləri torpaqlarımız 30 ildən sonra qaytarıldı. Elə həqiqətlər var ki, onları heç vaxt unutmaq olmaz!.. Biz mövzunu diqqətdə saxlayacağıq.

P.S. Nəzərinizə çatdıraq ki,Samux rayon Sərkər kənd sakini Rövşən Məmmədovun redaksiyamıza etdiyi müraciətindən sonra qarşı tərəfin mövqeini öyrənməyə cəhd etdik. Təəssüflər olsun ki,qarşı tərəf olan bələdiyyə sədri Şəmistan Yusifovun telefonu sönülü olduğundan münasibət öyrənə bilmədik. Vətəndaşın video müraciətini agentliyimizin tərkibində fəaliyyət göstərən "Youtube”  MUM.TV kanalımızda yayımladıq. İki gün sonra Sərkər kənd bələdiyyə sədri Şəmistan Yusifov redaksiyamızın əlaqə nömrəsinə zəng vurub məsələyə münasibət bildirdi. Onun sözlərinə görə kənd sakini R.Məmmədovun dedikləri həqiqəti əks etdirmir. Ş.Yusifov bildirib: " bəli etiraf edirəm ki,oğlumun adına torpaq sahəsi var və eyni zamanda da iddia olunan 168 hektar torpaq sahəsində saxlanan heyvanların içərisində mənə məxsus da heyvan var. Amma o ərazini başqası istifadə edir.”
Kimin düz kimin yalan dediyini isə araşdırmaq aidiatı qurumların üzərinə düşən vəzifədir. Hesab edirik ki,məsələ öz həllini tapar. 

P.S.S. Hər iddianın öz səbəbləri var. Yaxşı demiş atalar " od olmasa tüstü çıxmaz”

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər