Gündəm


Bütün dünyanı, o cümlədən Azərbaycanı öz cənginə alan, milyonlarla insanın ölümünə səbəb olan, Koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda, Lerikin Millət Vəkili İqbal Məmmədovun qalmaqallı "Relax” ailəvi istirahət mərkəzində yeni il şənliyinə ciddi hazırlıq işləri görülür.
Koronavirusun (Covid 19) tüğyan etdiyi, hər gün onlarla can xəstəliyin qurbanı olduğu və həkimlərin həyəcan təbilinin ölkənin bir başından digərinə yayıldığı zaman Lerikin deputatı İqbal Məmmədov Relax istirahət və əyləncə mərkəzində çal-çağır qurub, yeni il şənliyi keçirmək eşqinə düşüb. Bu məsələnin səhiyyə tərəfidir. Lakin, mənəvi tərəfi isə daha acınacaqlıdır. Lerik rayonu Vətən uğrunda 70-dən çox şəhid verdiyi halda, məsum canların 40-ı hələ çıxmazkən, ailələrinin yarası təzəikən bu nə vur çartlasın, bu nə toy bayramdır?!

Bu haqda Emil Cəfərov adlı sosial şəbəkə istifadəçisi paylaşım edib:



Həqiqətən Azərbaycanın Qarabağın azadlığı uğurunda minlərlə şəhid verdiyi bir dönəmdə, neçə-neçə anaların gözləri yaşlı qaldığı bir zamanda, koronavirusun sürətlə yayıldığı bir zamanda sevinərək Yeni il şənliyinə hazırlaşmaq ən azından şəhidlərimizə hörmətsizlikdir.

Mətbuatda mütamadi olaraq Lerik rayonunda yerləşən "Relax” istirahət mərkəzi rəsmi rəqəmlər turizm fəaliyyətilə bağlı vergidən yayınma hallarının olduğu haqda açıq şəkildə yazılar dərc olunsa da, bu istirahət mərkəzi Millət Vəkili İqbal Məmmədovun sayəsində hələ də fəaliyyət göstərməkdədir.

Hamımıza məlumdur ki, ötən il "Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Həmçinin XəbərAl.az-ın yaydığı məlumata görə, istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub. Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov saxlanılıblar.
Olanlara baxmayaraq, İqbal Məmmədovun SOCAR şefi Rövnəq Abdullayevlə yaxın dostluğu və şərikliyi olduğundan düşdüyü bəlalardan rahat şəkildə çıxa bildiyi məlum olur.

Əldə etdiyimiz məlumata görə, sözü gedən istirahət mərkəzi vaxtı ilə böyük söz-söhbətə səbəb olduğundan İqbal Məmmədov öz yaxının adından çıxardaraq başqa adamın adına keçirdib.DOSYE.ORG


PS. İnanırıq ki, bizim bu yazımızdan sonra Tanınmış Millət Vəkili və iş adamı İqbal Məmmədov "Relax” istirahət mərkəzini "Yeni il şənliyi qeyd etmək sevdasından” çəkindirib Azərbaycan qanunlarına hörmətlə yanaşacaq!
Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər