Gündəm

Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ










Cənubi Qafqazın işğalçı ölkəsi adı ilə tanınan və uzun illər ərzində Azərbaycana qarşı davam etdirdiyi iyrənc siyasəti nəticəsində baş verən 44 günlük "Vətən müharibəsi”, məhz bir çox həqiqətləri üzə çıxartdı.

Belə ki, müzəffər Azərbaycan ordusunun 27 sentyabrdan başlayaraq həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində, otuz ilə yaxın müddət ərzində işğalçı Ermənistanın tapdaqlar altında saxladığı dədə-baba torpaqlarımız yağı düşməndən təmizləndi və ​ sonda bu ölkənin hərbi-siyasi rəhbərliyi məğlub olduqlarını etiraf etməli oldu.
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ










Sözsüz ki, həmin vaxtlarda silahlı qüvvələrimiz cəbhəboyu bütün ərazilərdə yağı düşmənin "başını əzdi”, arxa cəbhədə olanlar isə, məhz döyüşkən ordumuza arxa-dayaq oldular. Bütün bunlar isə, məhz şanlı Azərbaycan ordusunun işğalçı ordu birləşmələri üzərində qələbələr çalmasına əsas verən səbəblər oldu. Bu sırada ölkəmizin səhiyyə müəssisələrində yorulmaq bilmədən çalışan, "gecəsini gündüzünə qatan”, hər an, hər dəqiqə yaralı hərbçilərimizin yanında olub lazımi köməkliyini göstərən, bir növ onlara valideyinlik qayğısını əsirgəməyən ​ həkimlərimizin, tibb bacılarının və s. əməyini heç vaxt, heç zaman unutmaq olmaz.


44 günlük "Vətən müharibəsi”nin ilk günlərindən bütün giriş qapılarını yaralı hərbçilərimizin üzünə açan, peşəkar kollektivi ilə zabitlərimizə, əsgərlərimizə hər cür köməkliyini göstərən səhiyyə müəssisələrindən biri də,​ Azərbaycan Tibb Universitetinin​ Tədris Cərrahiyyə Klinikası​ oldu. Elə ki, dünən GundemXeber.Az və DoğruXeber.Az saytı olaraq adı çəkilən bu klinikanın​ Oftalmologiya​ şöbəsində olduq və şöbə müdiri,​ assistent​ Qurban İsmayılovla söhbətləşdik, o hada əsl həqiqətlər bizə bəlli oldu.
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ












Yəni, bəlli oldu ki,​ ATU-nun​ Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin​ müdiri Qurban​ İsmayılov da,​ II Qarabağ müharibəsində​ yaralı​ əsgər​ və zabitlərimizə​ yüksək səviyyədə​ tibbi​ xidmət​ göstərən fədakar​ həkmlərimizdəndir.​ Belə ki, yaralı əsgərlərlə ümumi görüş zamanı​ Qurban​ İsmayılov qeyd etdi ki, "Mənim​ I Qarabağ müharibəsində​ də lazımi xidmətlərim olub və hal-hazırda da oxşar xidmətlərimi vicdanla yerinə yetirməyə çalışıram. ​
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ







"Vətən müharibəsi”nin ilk günlərindən​ Tədris Cərrahiyyə Klinikası​ yaralı hərbçilərimizə xidmət göstərir və indiyə kimi 118 nəfər hərbçimiz üzərində əməliyyat aparmışıq. Bu gün Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdar olduğumu bildirirəm ki, o, müdrik siyasəti və qətiyyətli iradəsi ilə hərbi əməliyyatlara rəhbərlik etdi, düşmən üzərində qələbə çalmağımıza əsas səbəb oldu və biz üzərimizdən "məğlub xalq” adını götürə bildik. Düzdür,​ 44 günlük "Vətən müharibəsi”ndə şəhidlərimiz, yaralılarımız oldu, buna baxmayaraq bu gün bir xalq olaraq başıuca, alnıaçıq gəzə bilirik. Allahdan arzu edərdim ki, bir daha xalqımıza müharibə nəsib etməsin. Bildirim ki, ötən illər ərzində hərbçilərimizə həm maddi, həm də mənəvi cəhətdən dayaq olmaq başılca istəyim olub. Daha çox gənclik illərimdə xalqımıza, dövlətimizə xidmət etmişəm və bu gün də xidmət etməkdəyəm”.
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ







​"Vətən müharibəsi”nin ilk günlərindən​ Tədris Cərrahiyyə Klinikasında​ müayinə və müalicə olunan yaralı hərçilərimizlə söhbət zamanı isə onlar bildirdilər ki, "Bu Klinikada bizə qarşı münasibət ən yüksək səviyyədədir. Yəni, şöbə​ müdiri Qurban​ İsmayılov başda olmaqla həkimlər, tibb bacıları, digər texniki işçilər və s. gündəlik qayğımıza qalıb, bizə lazımi səviyyədə xidmət göstərirlər.
Məsələn, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ-in) sıralarında hərbi xidmətdə olan və Şuşa şəhərinin alınması zamanı baş nahiyəsindən ağır yaralanan İbrahimov Şahid Samir oğlunun,​ Füzuli rayonunun azad olunmasında fədəkarlıqlar göstərən və ayaq hissəsindən yaralanan Quliyev Turan Mühyəddin oğlunun, MAXE olan və Şuşa şəhərinin yağı düşmən qüvvələrindən azad olunması zamanı işğalçı ordu birləşmələrinin atdığı minomyotun qəlpələrindən ağır xəsarət alan, ilk əvvəl döyüş yoldaşı Vüqar Qəmbərovun köməklik göstərdiyi yaralı Lələyev Kənan Məhərrəm oğlunun, 2016-2019-cu illər ərzində mərhum general Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissədə hərbi xidmətdə olan, bir qədər vaxt keçdikdən sonra isə könüllü hərbi xidmətə başlamaq qərarı verən, 44 günlük "Vətən müharibəsi”ndə bədəninin müxtəlif hissələrindən olmazın xəsarətlər alan və belə bir səbəb üzündən də, əlinin və ayağının biri işləməyən Orucov Samir Surxay oğlunun, Cəbrayıl rayonunun erməni işğalçı ordu birləşmələrindən azad olunması zamanı misli-bərabəri olmayan qəhrəmanlıqlar göstərən, həmin savaşın gedişi zamanı qorxu hissi nə olduğunu bilməyən və müharibənin şiddətli anlarında hər iki gözünü itirib Vətən yolunda bu işıqlı dünyaya həsrət qalan Baxşezadə Kamran Tariyel oğlunun, MAXE olan və Füzuli rayonun azad olunması yolunda canından keçməyə hazır olduğunu bildirən, keçirilən əks-hücum əməliyyatları zamanı ağır yaralanan Sadiq Xeyrəddin oğlunun, Hadrut qəsəbəsinin yağı düşmən tapdağından təmizlənməsi zamanı yaralanan və yaralı vəziyyətdə olsa belə, hərbi əməliyyatlarda bir daha iştirak etmək istəyini ortaya qoyan Əli Əliyevin, əslən İmişli rayonundan olan və Qubadlı rayonu uğrunda keçirilən qanlı döyüşlər zamanı baş nahiyəsindən ağır yaralanan, MAXE ​ Nicat Əmirlinin, həmçinin Cəbrayılın, Qubadlın düşmən qüvvələrindən təmizlənməsi zamanı böyük şücaətlər göstərən, işğalçı ordu birləşmələrinin zabit və əsgər heyyətinin hər birini anında məhv etməyə qadir olan, şiddətli döyüşlərin birində hər iki ayağnın diz hissəsindən aşağısını itirən, lazım olacağı təqdirdə bir daha döyüşə getməyə hazır olduğunu bildirən Salahov Natiq Rasim oğlunun danışdıqlarını dinlədikcə, sanki heyran qaldıq.
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ







O halda dərk etdik ki, "Vətən müqəddəsdir, onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa borclu olmalıyıq” deyib, ərazilərimizin bütövlüyü uğrunda qəhrəmanlıqlar göstərən zabit və əsgərlərimiz, həqiqətən də bu gün "canlı tarix” yazdılar. Düşünürük ki, onların atdıqları addımlar gələcək nəsllər üçün bir örnək olmaqla bərabər, həm də xalqımıza məxsus tarixin silinməz şanlı səhifəsi olacaq.
​Bütün bunlara baxmayaraq, 44 günlük "Vətən müharibəsi”nin gedişi zamanı canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad edən, "canlı xariqələr” yaradan və hal-hazırda Azərbaycan Tibb Universitetinin​ Tədris Cərrahiyyə Klinikasında müayinə və müalicə olunan yaralı hərbçilərimiz "TƏBİB”lə bağlı haqlı iradlarını bildirməkdən də çəkinmədilər. Belə ki, ümumi söhbət zamanı onlar "Bu gün bizi Tədris Cərrahiyyə Klinikasından çıxartmaq istəyirlər. Yəni, bizim bəzilərimizi evə buraxmaq istəyirlər, bəzilərimizi isə, başqa xəstəxanalara yerləşdirmək qərarına gəliblər.
Hər birimiz belə bir addımın atılmasına narazılıq edirik. Eşitdiyimizə görə bununla bağlı "TƏBİB” qərar da qəbul edib. Hətta, bir neçə gün bundan öncə adı çəkilən qurumun bir nəfər əməkdaşı Tədris Cərrahiyyə Klinikasının şöbələrində olmuş, palatalara baxış keçirmiş və rəhbərliklərinə lazımi məlumatları çatdırmışdır. Heç cür başa düşə bilmirik ki, adı çəkilən bu qurumun rəhbərliyində olan şəxslərin bizə qarşı belə bir münasibətlərinə səbəb nədir? Axı, biz sağlamlığımızı bu Vətən yolunda itirmişik, "TƏBİB”in rəhbərliyində olanlar isə, məhz müharibənin şiddətli günlərində isti kreslolarında əyləşmişdilər.
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ












Ona görə də, bu gün ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdən xahiş edirik ki, bu məsələni diqqətdə saxlasın və "TƏBİB”in bizimlə bağlı qərarının ləğvi istiqamətində aidiyyatı üzrə lazımi tapşırığını da versin. Düşünürük ki, ölkə rəhbəri bu məsələdən xəbərdar olan kimi, müvafiq addımını atıb, lazımi qərarını da açıqlayacaq”.
Vətən müharibəsinin​ yaralı​ əsgərlərindən xüsusi REPORTAJ



 

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər