Gündəm

Respublika Klinik Xəstəxanasında Vətən müharibəsi zamanı ağır yaralanan vətəndaş xəstəxanadakı baxımsızlıqdan şikayət etdi-VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Dünən Bakının Azadlıq meydanında keçirilən zəfər paradı,ictimaiyyət tərəfindən böyük sevinc və coşqu ilə qarşılanmışdır. Qəsbkar erməni "silahlı qüvvələri" tərəfindən işğal edilmiş əzəli və əbədi torpaqlarımız nəhayət ki,rəşadətli ordumuzun əzmli mübarizəsi nəticəsində əil sahibinə qaytarılmışdır. Açıq etiraf etmək lazımdır ki,bu cür tarixi bir qələbənin əldə olunmasında xalqın mənəvi və maddi dəstək nümayiş etdirməsinin müzəffər ordumuzun sürətlə irəliləməsində və qısa zaman ərzində zəfər çalmasında böyük rolu olmuşdur.


Xalqın birliyini və dəstəyini hiss edən ordumuz döyüş meydanlarında qəzəblənmiş aslana çevrilərək şikarını anında məhv edir və sürətlə irələyirdi. Bütün bunların nəticəsidir ki,mənfur düşmən tərəfindən 28 illik qurulan möhkəm səddləri cəmi 44 gün ərzində əzib keçərək zəfər çalan ordumuz,bir daha sübut etdi ki,biz yenilməz bir xalqıq. Bu gün isə barəsində bəhs edəcəyimiz mövzu elə də ürək açan olmayacaqdır. Əliyev Dəyanət Qənimət oğlu. Kimdir bu şəxs? Bu şəxs Vətən sevdalısı,layiqli Azərbaycan vətəndaşıdır. D.Əliyev Vətən müharibəsi zamanı könüllü olaraq ordumuza öz şəxsi avtomobili ilə ərzaq yardımı edərdi. Əslən Tərtər rayon Qaynaq kəndindən olan bu gənc oğlanın daxilində olan vətən sevgisi onu bu addımı atmağa vadar etmişdir.


Torpaqlarımızın azad olunmasında az da olsa payının olmasını istəyən D.Əliyev yaşadığı ərazinin yaxınlığında gedən döyüşlər zamanı könüllü olaraq əsgərlərimizin xidmətində durmağı özünə borc bilmişdir. Sonucu dəfə isə əsgərlər üçün ərzaq yardımı aparıb geri qayıdarkən yağı düşmən tərəfindən atılan atəş nəticəsində ağır yaralanmışdır. Hazırda Respublika Klinik xəstəxanasında müalicə alan D.Əliyevin yaxınları "DogruXeber.az” informasiya agentliyinə verdiyi müsahibə zamanı bildiriblər ki,xəstə yaralandıqdan sonra ilk olaraq Yevlax xəstəxanasına yerləşdirilib. Yaralı vətəndaşın anası Əliyeva Mehriban Hüseyn qızının sözlərinə görə, Yevlax xəstəxanasında yaralı oğluna yaxşı xidmət olunmadığından xəstəni Respublika Klinik xəstəxanasına gətiriblər. Ananın sözlərinə görə ,iki aydır xəstəxanada yatan övladı D.Əliyevə heç bir köməklik olunmur. Bir ay yaxşı baxıldığını və sonra heç bir yardım olunmadığını iddia edən M.Əliyeva redaksiyamız vasitəsi ilə aidiyyatı qurumlara müraciətini bildirmişdir.


Əlbəttə ki,Azərbaycan səhiyyəsində bu və ya digər formada olan narazılıqlar olduqca çoxdur. Ələlxüsusta ki,Respublika Klinik xəstəxanası ilə bağlı narazılıqlar olduqca çoxdur. Təbii ki,sözü gedən müəssisədə baş vermiş xoşagəlməz hadisələrlə bağlı redaksiyamızda bir neçə dəfə mənfi xarakterli məlumat dərc olunmuşdur. Amma çox əfsuslar olsun ki,müəssisə rəhbəri "hörmətli” Telman İbadov tibbi müəssisədə baş verən korrupsiya əməllərinə və həkim özbaşınalığına qarşı tükünü belə tərpətmir. Bizim üçün çox maraqlıdır ki,baş həkimin bu qədər arxayınçılığı,hansı gözə görünməz qüvəllər tərəfindən qaynaqlanmaqdadır?


P.S. Redaksiya olaraq vətən müharibəsində ağır yaralanan Dəyanət Əliyevin müraciət ilə bağlı Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayevin yanında olduq. Yaralı vətəndaşın xəstəxanada aldığı müalicədən narazı olduğunu bildirdik. Baş həkimin müavini Mahir doktor məlumatımızdan sonra telefonla xəstənin həkiminə zəng vurub vəyiyyəti öyrəndi. Yaralı xəstənin həkimi isə öz mövqeyini yüksək tutaraq müalicənin yaxşı aparıldığını bildirib. Kimin doğru kimin yalan dediyini müəyyən etmək istəyən, videoçarxı izlədikdə müəyyən edə bilər. Atalar demişkən "görünən dağa nə bələdçi”.

"DogruXeber.az”

Son xəbərlər

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İLGİNC

Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı

Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi - DETALLAR

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Bütün xəbərlər