Gündəm



Bir müddət əvvəl Laçının deputatı Mahir Abbaszadə Şirvanda və Kürdəmirdə məskunlaşan məcburi köçkünlərlə görüşünün fotolarını feysbuk səhifəsində paylaşmışdı. 

Fotolardan görünürdü ki, deputat 5-10 nəfəri başına toplayıb guya laçınlı sakinlərin problemləri ilə maraqlanır. Ən biabırçısı budur ki, özü oturub, seçicilər ayaqüstə onu dinləyirlər. 



M.Abbaszadəyə izah edən olmayıb ki, Cahan.info başda olmaqla onlarla saytda laçınlı köçkünlərin şikayət məktubları işıqlandırılıb, icra başçısı Aqil Nəzərlinin qanunsuz əməlləri barədə məlumat verilib, deputat onlardan birini araşdırardı. 

M.Abbaszadəyə deyən olmayıb ki, həmin köçkünlərlə açıq havada stol qoyub görüşmək yox, bir neçəsinin evinə getmək, şəraitinə baxmaq, soyuducusu açmaq lazımıydı. 

Sanki seçki ərəfəsində təbliğat-təşviqat görüşü keçirib, seçicilərdən dəstək almağa gedib. O sakinlərin hər biri ağır şəraitdə yaşayırlar, dolanışıqları yoxdur. 

Hörmətli deputat istəyirsə, ona ağır vəziyyətdə olan, işsiz, xəstə laçınlı köçkünlərin onlarla məktublarını çatdıra bilərik. 

M.Abbaszadənin Sensasiya TV-yə baxması kifayətdir ki, laçınlıların müraciətləri ilə tanış olsun. 

Fotolara diqqət etsəniz görəcəksiniz ki, Laçının deputatı imitasiya xatirinə görüş keçirib. Onun şəkillərinin altına da öyrədilmiş, trollar tərif yağdırıbla, bir laçınlının şikayətinə də yer verilməyib. 

Laçın camaatının vəziyyəti həqiqətən pisdir. Rayona icra başçısı gəlmiş Aqil Nəzərli insanlara "qan uddurur”. M.Abbaszadənin isə onunla arası əladır. 
Hətta vəziyyət o dərəcədə mürəkkəbdir ki, Laçın DSMF sədrinin müavini də icra başçısından açıq şəkildə şikayətlənmişdi. 

Arif Feyzullayev onu korrupsiyada ittiham etmişdi. Amma M.Abbaszadə köçkünlərin müraciətlərinə baxmır, icra başçısının onları incitməsinin fərqində deyil. Amma M.Abbaszadə stulda oturub, camaatı ayaq üstə saxladıb, onları qulaq asmağa məcbur edib. Bu, hörmətsizlikdir. Deputat köməkçilərinə tapşıra bilərdi ki, bir neçə skamya təşkil olunsun, seçicilər oturub onun moizələrini dinləsinlər. 

Cahan.info yazır ki, o həmin deputatdır ki, qardaşı Zahir Abbasa maliyyə fırıldağına, mənimsəməsinə görə cinayət işi açılıb. Ümumiyyətlə bu gün Milli Məclisdə adı olub, özü yox kimi olan millət vəkillərimiz çoxdur. 

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almada təqsirləndirilən "Nikoil” bankın filialın müdiri Ruslan Talıbov, filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov, Vüsal Quliyev, Elçin Məmmədov, Rauf Əliyev, Məmməd Qurbanov, Orxan Əlişov, Zahir Abbasov, Zaur Ramazanov və Fərid Məlikovun cinayət işi üzrə məhkəməsi gedir. 

Xatırladaq ki, məhkəmə işində adı təqsirləndirilən şəxs kimi keçən Zahir Abbasov Sumqayıt filialının müdir müavini olmaqla yanaşı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Mahir Abbaszadənin qardaşıdır.

Amma "Qaçqınkom” sədri Rövşən Rzayev qardaşı dələduzluq eləmiş bir deputata Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunu tapşırır. 

Hətta jurnalistlər arasında keçirilən soğru zamanı Cavid Şahverdiyev demişdi ki, bu deputatın hansısa qanunun qəbul olunması müzakirəsində fəallığını görməyib: 

"Bu adamı ancaq Laçın rayon İcra Hakimiyyəti başçısının hansısa əlamətdar günlə bağlı keçirdiyi rayon tədbirlərindən çəkilən fotolarda görmüşəm”.
İndiki icra başçısı Aqil Nəzərli ilə niyə münasibəti pis olsun ki?! Eyni kənddən, eyni çevrədəndirlər. İkiniz də bir ağsaqqala xidmət edirsiniz. Niyə də pis olsun ki? 

Belə xəbərlər varıydı ki, deputatın Dubayda biznesi var. Onun başçı ilə əlaqələri də kommersiya maraqları üzərində qurulub. Milli Məclisdə son dəfə hansı gündəlikdə duran məsələ barəsində çıxış etməsini heç deputatın özü də xatırlamır.

Əgər belədirsə, deputat Kerəmir və Şirvanda görüşdüyü insanların hansı problemlərə görə müraciət etdiklərini açıqlasın. Üstəlik, biznes şəraitinin olmamasından gileylənən deputatı anlamaq mümkündür. 

Çünki onun ticari əlaqələri Dubay - Bakı reysi ilədir. Xarici pasportundakı möhürlər kifayət edir ki, onun biznesinin hansı ərazidə olduğu müəyyən edilsin.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər