Gündəm
Gündəm / Cəmiyyət
Daha bir məktəb binası atəşə məruz qalıb - Fotolar
Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.
Mumtv.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə məktəbə ciddi ziyan dəyib.
Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.
Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.