Gündəm

 
Rayonun sevincinə kədər qatan kimlərdir?!


 
 
 


Dəyərli "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri,bilirsiniz ki,hamı böyük sevinc və coşqu ilə torpaqlarımızın yağı düşməndən azad edilməsinin sevincini yaşayır. Danılmazdır ki,birinci işğaldan azad edilən torpaqlar Cəbrayılın torpaqlarından başladı. Bu xəbər hamıya  sevinc bəxş etdi. Cəbrayıl sakinlərinə isə ikiqat sevinc yaşatdı.

Məlumdur ki,hələ də cəbhədə qızğın döyüşlər gedir və bunun üçün də informasiya məkanında əsas önəm verdiyimiz məsələlər,baş verən hadisələrlə bağlı olur. Bəli,yaxşı bilirsiniz ki,müharibə şəraitində hamı öz peşəsi ilə döyüşə hazır olmalıdır. 

Hətta deyərdim ki,bu cür şəraitdə hərə öz peşəsinin sahəsi üzrə döyüşlərini aparmalıdır. Bizim fəaliyyət göstərdiyimiz sahə isə jurnalistika sahəsi olduğu üçün,hər səpgidə mövzulara toxunmağımız məqbul hesab olunur. Düşünürük ki,istər ön cəbhə olsun,istərsə də arxa cəbhə hər iki məkanda haqsızlıqla mübarizə aparmaq səlahiyyətli şəxslərin vəzifə borcudur. 

Məhz bu məqsədlə bu gün barəsində qısa bəhz edəcəyimiz mövzu, Cəbrayıl rayon ümumtəhsil məktəblərində baş verən özbaşınalıq və bu rayonunun sabiq təhsil şöbə müdiri "qəhrəman" Validə Həsənovanın çirkli əməllərindən və eyni zamanda özündən sonra çirkli əməllərinin bağlı qalması üçün yerinə öz "vəliəhti"ni necə buraxması haqda silsiləli olaraq bütün məlumatları video və audio faktlara əsasən diqqətinizə çatdıracağıq.

İlk öncə istərdik ki,xəyallarınızı bir qədər  keçmişə qaytaraq və o zaman təhsil şöbə müdirlərinin hansı səlahiyyətlərə sahib olduqları və bu səlahiyyətdən necə sui-istifadə etdikləri haqda məlumatları diqqətinizə çatdıraq. Belə ki,keçmiş təhsil naziri Misir Mərdanovun zamanında,TŞ müdirlərinin məktəb müəllimlərindən tutmuş texniki işçiyə qədər vəzifəyə təyin etmək səlahiyyətləri var idi. Təbii ki,nazirliyin nəzarəti və rolu olmasına baxmayaraq,əsas işləri TŞ-nin müdiri həyata keçirirdi. Bu isə Cəbrayıl rayonunun sabiq TŞ-nin müdiri Validə Həsənova kimi rüşvətxor və korrupsioner məmura olduqca səmərəli iş yeri idi.

Düşünməyin ki,boş yerə rüşvətxor və korrupsioner deyə qeyd etdik,əsla,bu bir həqiqətdir. Çünki,17 il bu cür mühüm vəzifədə çalışan V.Həsənova iki dəfə Respublika Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ciddi yoxlanılmışdır. Amma müəyyən şəxslərin sayəsində "kəfəni" yırtmağı bacardı. Əgər himayədar olmasaydı bu gün V.Həsənova həbsdə idi. Bu barədə növbəti buraxlışımızda geniş bəhs edəcəyik. 

O ki, qaldı özündən sonra buraxdığı "varisi"nə,özünü ağıllı,savadlı və təcrübəli hesab edən hazırki TŞ-nin müdri Zamiq Qurbanov idarə etdiyi təhsil müəssəsini şəxsi mülkü kimi idarə edərək,istədiyi işçini işdən çıxardır, istədiyini isə işə götürür. Sanki bu müəssisədə "vərəsə"lik hökm sürür. Necə və hansı qaydada,bu haqda növbəti buraxlışlarımızda...

Bu rayonun o qədər "macera"ları var ki,yazmaqla bitib tükənməz. Amma biz, bacardığımız qədər ümumi olaraq bu rayonda olub bitənlər barəsində sizləri məlumatlandıracağıq. Bizi izləyin...!!!

"DogruXeber.az"
 

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər