mumtv.az
mumtv.az

Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”

Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
16-10-2020, 17:17 243 dəfə baxılıb

Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
 
 
 
 
 
 
 
 
 
 

 
 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin başçılığı altında zəfər yürüşümüz davam edir və uğurlarımız var.

Mumtv.az Trend-ə istinadən xəbər verir ki, bunu işğaldan azad olunmuş Cəbrayıl rayonunda jurnalistlərə açıqlamasında polkovnik Elşad Əbilov deyib.

O bildirib ki, uğurlarımız davam etməkdədir və son nəticədə Azərbaycan Ordusu işğalda olan bütün torpaqlarımızı azad edəcək:

"Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi pozmaqda davam edir, şəhər və kəndlərimiz dəfələrlə atəşə məruz qalıb, mülkü vətəndaşlarımız həlak olub:

"Azərbaycan Ordusu humanitar atəşkəs qaydalarına ciddi riayət edir, Ermənistanın heç bir şəhər və kəndinə, mülki əhalisinə atəş açmır.

Azərbaycan sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad edilib.

Uğurlu əməliyyatlar davam edir. Azərbaycan Ordusunda yüksək nizam intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdırlar.

Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, belə də davam edəcək”.


 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA