mumtv.az
mumtv.az

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
16-10-2020, 10:54 50 dəfə baxılıb

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına əsasən koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində GəncəYevlaxMingəçevirLənkəran, Şəki, Şirvan şəhərlərində və GöygölSamuxSabirabadQuba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.

Mumtv.az bildirir ki,bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

Məlumata görə, qeyd edilən regionlarda epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək. Avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA