Gündəm

Bu rayonda vəzifələr "vərəsə"liklə  ötürülür…








 
 
 
 
 











Müharibə şəraitindəyik,şanlı ordumuz hər ötən gün qəsbkar erməni terroçularına qarşı əks-hücum əməliyyatı keçirərək,düşmənə qarşı nəticəli uğurlar əldə edir. Bu cür uğurlu naliyyətlər xalqımızı və dövlətimizi olduqca sevindirir. 

Amma təəssüflər olsun ki,bu sevinci yaşamağa mane olan bəzi səbəblər var ki,bu da bizi çox narahat edir. O səbəblər ki,məmur özbaşınalığı,səhlənkarlığı və verilən səlahiyyətdən sui-istifadə etmək və sair. Bu cür hallar olub,olur və olacaqdır. 

Xatırlayırsınızsa, ötən ilin son aylarından etibarən ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən bir neçə yüksək ranqlı məmurlar öz vəzifələrindən azad edildi. Hətta onlar arasında bir neçəsi də oldu ki,vəzifələrindən azad edilmələri ilə yanaşı törətdikləri əməl və buraxdıqları nöqsanlara görə birbaşa həbsə göndərildilər. Ümidvarıq ki,bu proseslər hələ davam etdiriləcək,amma öndə olan məsələ ərazi bütövlüyünün təmin olunmasıdır ki,bu sahədə də işlər uğurla həyata keçirilir. 

Qaldı ki,bugünkü mövzumuzun əsas məğzinə,əlbəttə ki,hər birimiz yaxşı xatırlıyırıq ki,bir zamanlar Cəbrayıl rayonunun keçmiş İcra başçısı Mahmud Quliyev barədə mətbuatda çox sayda mənfi xarakterli məlumatlar dərc olunmuşdur. Hərçənd ki,M.Quliyev xeyli vaxdır haqqın dərgahına qovuşub. Fürsətdən istifadə edərək ona Allahdan rəhmət diləyirik. O ki,qaldı barəsində gedən məlumatlara,o zaman da buraxılan nöqsanlar və aparılan idarəçiliyin olduqca zəif olması ilə əlaqələndirilirdi. Nəhayət ki,ictimailəşdirilən məlumatlar yuxarı dairələr tərəfindən nəzərdən keçdikdən sonra,İcra başçısı M.Quliyev işdən azad edildi. 

DogruXeber.az informasiya agentliyi olaraq Cəbrayıl rayonuna yeni təyin edilən İcra başçısı haqda dolğun məlumatı sizlərə təqdim edirik:

Həsənov Kamal İltifat oğlu

Həsənov Kamal İltifat oğlu 02 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, 1978- ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, İqtisadçı ixtisasına yiyələnmişdir.
1978–ci ildən "Azərrabitətikinti” trestinin 6 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstəsində İqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuş, 1980-1981-ci illərdə Cəbrayıl rayon Aqrar İstehsalat Birliyində təftişçi-mühasib, 1981-1989-cu illərdə Azərbaycan LKGİ Cəbrayıl rayon Komitəsində təlimatçı, şöbə müdiri, 1989-1991-ci illərdə Cəbrayıl rayon XDS İcraiyyə Komitəsində Sosial-hüquq şöbəsinin müdiri, 1991-1993-cü illərdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısı aparatında baş məsləhətçi, 1993-1996-cı illərdə "Çinar” Kommersiya bankında İdarə heyətinin sədr müavini, Sədr, Şuranın məsul katibi, 1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016- cı il tarixli Sərəncamı ilə Cəbrayıl  rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur.

Qeyd: Kamal Həsənovun atası İltifat Həsənov Aqrar İstehsalat Birliyinin (Aqraprom) rəisi olmuşdur.
Artıq uzun illərdir bu rayona rəhbərlik edən K.Həsənov çalışdığı bu illər ərzində rayon sakinləri üçün,heç də uğurlu işlərə imza atmayıb. Əksinə,gəldiyi gündən etibarən insanlarla yaxın təmasdan kənar olmağa çalışıb. Halbuki,əvvəlki İcra başçısı M.Quliyev Bakıda yaşayan sakinləri ayda azı iki dəfə qəbul edirdi. Amma K.Həsənov gəldiyi gündən qısa bir zamanda bu qəbulu həftədə bir dəfəyə endirdi. Hətta əksər hallarda həftədə bir dəfə keçirilən qəbul günlərini müavinlərinə həvalə edirdi. Bu isə heç də xoş olmayan hal kimi sakinlər arasında böyük narazılığa səbəb olmuşdur. 

Bir maraqlı məqamı diqqətinizə çatdırım ki,bu rayonun bütün qurumlarında məsul vəzifədə çalışan hər bir kəs sanki həmin vəzifəni vərəsə olaraq özündən sonra mütləq şəkildə öz qohumuna,yaxınına və dostuna həvalə edir. Bu haqda növbəti braxlışımızda daha geniş və daha əhatəli bütün məlumatları diqqətinizə çatdıracağıq.
Bizi izləyin...!!!

Kamal Əsgərov

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər