Gündəm

“Əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar”
 
 
 
 
 


 
 
 
 
 
 

"Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Bu barədə Prezident İlham Əliyev "Sky News” televiziya kanalında müsahibəsi zamanı danışıb.

"Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün – azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə – qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik”, – deyə Prezident qeyd edib.

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər