Gündəm

5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - FOTO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlar bu ölkəyə baha başa gəlib. Əvvəlcə ərazi və canlı qüvvə itkilərini gizlətmək istəyən Ermənistan artıq bir neçə gündür etiraf etmək məcburiyyətində qalıb. Daha doğrusu, erməni xalqı, məhv edilən hərbçi valideynləri Ermənistan rəhbərliyini dalana dirəyib.

Nəhayət erməni xalqı anlayıb ki, Ermənistan rəhbərliyi xalqı öz terror və faşizm siyasətinə qurban verib. Övladları zorla döyüşə göndərilən və bu günə qədər öldü və ya qaldısından xəbər olmayan valideynlər Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etirazlara başlayıb.

Mumtv.az Trend-ə istinadla xəbər verir ki, artıq ermənilər sosial şəbəkələrdə döyüşə göndərilən ermənilərin şəkillərini paylaşmaqla elan verir, onların sağ və ya ölü olması barədə xəbərlər gözləyirlər.Erməni sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur. Bu hələ ölüb və ya sağ olmasından xəbərsiz hərbçilərin sayıdır. Ermənilərin paylaşımlarına görə, bu günə qədər 4 minə yaxın şəxs isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilərək meyitləri valideynlərinə təhvil verilib.

Cəbhədəki erməni əsgərlərinin və hətta, zabitlərinin də valideynləri, yaxınları sosial şəbəkələrdə onların adını nə ölü, nə yaralı siyahısında, nə də hərbi hissələrdə tapa bilmərlər. Bu, Ermənistan hərbi rəhbərliyinin itkiləri gizlətməsinin növbəti təsdiqidir – özü də yalnız əsgərlər yox, zabitlər arasında da itkilər yüksəkdir.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan sosial şəbəkələrdə hərbçilərin taleyi ilə bağlı paylaşımların çox olduğunu etiraf edir. Ovannisyan etiraf edib ki, bəzi vətəndaşlar bu günlərdə oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir: "Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”.

Bu açıqlama ilə Artsrun Ovannisyan canlı qüvvə sarıdan da Ermənistanın çoxsaylı itkilərə məruz qalmasını təsdiqləyir.

Sosial şəbəkələr üzərindən məsələnin aktiv şəkildə gündəmə gəlməsi Paşinyan iqtidarına qaşı əsgər analarının və bütün cəmiyyətin yeni etiraz aksiyalarına başlaması üçün növbəti zəmin yaradır. Erməni xalqına işğal olunan torpaqları itirmədiklərini deyən Paşinyan hakimiyyətinin iç üzünü erməni hərbçilərinin itkin düşməsi, meyitlərinin belə tapılmaması faktı açdı. Onsuz da çökmüş vəziyyətdə olan Paşinyan hakimiyyəti döyüşə zorla göndərilən şəxslərdən heç bir xəbər olmamasından sonra tam olaraq dirənib.

Çarəsiz qalan Ermənistan siyasi rəhbərliyi məğlubiyyətlərini və erməni xalqını əsassız qırğına verdiyini etiraf etməyə başlayıb. Artıq döyüşdə itkin düşənlər və məhv edilərin yaxınları Paşinyana qarşı birləşir. Erməni xalqına verilən yalan vədlərə əməl edə bilməyən Paşinyan atəşkəs elan etmək üçün yalvarmadığı xarici ölkə başçısı qalmayıb. Lakin onun bu yalvarışları fayda verməyib. Ali Baş Komandan, Preizdent İlham Əliyev isə atəşkəsin bərpa olunması üçün şərtlərini açıqlayıb.

Cənab Preizdent qəti olaraq bildirib ki, atəşkəs yalnız bir halda olacaq-ya Ermənistan silahlı qüvvələri dərhal işğal altındakı bütün əraziləri tərk edəcək, ya da onları son nəfərinə qədər məhv edəcəyik. Ali Baş Komandan yalnız bundan sonra danışıqlar masasında əyləşəcəyini vildirib. İndi Paşinyanın cəmi bir yolu var, ya Ermənistan Silahlı Qüvvələrini Qarabağdan çıxarmaq, ya da Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilərək qovulmaq. İkinci bir yolu qalmayan Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə erməni xalqının təzyiqləri arasında sıxılaraq çapalayır. Paşinyan özü də çox gözəl anlamağa başlayıb ki, artıq son çırpıntılarıdır.

Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirən erməni ordusuna Paşinyandan son təxribat xarakterli tapşırıq verilmişdi ki, atəşkəsin bərpası üçün Azərbaycanın dinc əhali yaşayan ərazilərinə atəş açsınlar. Amma artıq onların bu niyyəti də baş tutmadı. Azərbaycan əhalisi ermənilərin hətta raket zərbələri qarşısında tab gətirərək Azərbaycan Ordusuna birlik nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri isə dinc sakinlərimizi atəşə tutan erməni atəş nöqtələrini darmadağın etdi. Artıq ermənilərin əli bu üsuldan da çıxdı.

Ermənistanda sosial şəbəkə istifadəçiləri Dağlıq Qarabağdan deyil, məhz Ermənistandan Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş və itkin düşdüyü bildirilən yaxınlarının, qohumlarının fotolarını yayırlar. Bununla da işğal edilmiş ərazilərdə ordumuza qarşı döyüşlərdə Ermənistanın, onun hərbi qüvvələrinin iştirak etməsi bir daha təsdiq edilir.

Bu faktı bir neçə gün öncə işğaldan azad olunmuş Cəbrayıl rayonunda yaşayan, Ermənistana qayıtmaq istəmədiyindən gizlənərək Azərbaycan Silahlı Qüvvələrindən yardım istəyən, Azərbaycan hərbçilərinə "Torpaqlarınıza xoş gəlmisiniz" deyən və hərbçilərimiz tərəfindən döyüş bölgəsindən təhlükəsiz təxliyyə edilən erməni qadın Aznif Baqdasaryan da bakıda keçirdiyi mətbuat konfransında dedi. Ermənistana qayıtmaqdan imtina edərək Azərbaycan hərbçilərindən yardım istəyən erməni qadın bildirdi ki, Dağlıq Qarabağda məskunlaşmış erməni xalqı azərbaycanlılara güllə atmır, Azərbaycan torpaqlarını işğalda saxlamaqda maraqlı olan Ermənistanın siyasi rəhbərliyidir.

İndi Paşinyan erməni ordusunda sağ qalan bir-iki nəfər mülki döyüşçünün təhlükəsizliyini fikirləşməyə başlayıb və ona görə Rusiyadan atəşkəsə çağırış istəyir. Çağırışa isə Azərbaycan tərəfi müsbət çavab verib. Cavab isə budur- baş verənlər yalnız Azərbaycan ərazilərinin işğalına son qoyulduğu və Ermənistan silahlı qüvvələrinin buradan çıxdığı halda erməni hərbçilərinin təhlükəsizlikdə ola biləcəyini bir daha təsdiq edir. Əks halda erməni döyüşçüləri Azərbaycan Silahlı Qüvvələri üçün hərbi hədəfdir.

5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - FOTO
5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - FOTO

Son xəbərlər

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Bütün xəbərlər