Gündəm
Gündəm / Cəmiyyət
Şəmkir sakini Orduya yardım etdi
Ermənistanın Azərbaycana qarşı təxribatından sonra həm fiziki şəxslər, həm də bir sıra qrumlar Orduya yardım edirlər.
Bunlardan biri də, Şəmkir rayonunun Düyərli kənd sakini Məlikov Nazim Musa oğludur. O, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna üç aylıq təqadünü -3000 manat vəsait köçürüb.
Nazim Məlikov bildirib ki, Xalqımıza, Ordumuza dəstək hər bir kəsin borcudur: "Belə çətin günlərdə Orduya yardım edilməlidir. Könül istər ki, gücü çatan şəxslər dəstəklərini əsirgəməsin”.
(Qafqazinfo.az)