Gündəm

O, dövlət əlehinə nə danışdı? - Foto/ Video


Qısa zaman bundan öncə "DogruXeber.az” İnformasiya Agentliyi, Salyan rayon sakini Coşqun Nuriyevlə Salyan rayon İcra Başçısının və əlaltılarının başladığı qeyri-bərabər "müharibə” haqqında məlumat vermişdik. Coşqunun anası Təranə Nuriyeva agentliyimizə müraciət etdikdən sonra vətəndaşın məlumatı əsasında araşdırmaya başladıq. Bu məqsədlə də 1 saylı Respublika Psixiatriya Xəstəxanasına üz tutduq. Məqsədimiz Coşquna "dəli” diaqnozu qoyub, anasının və özünün söylədiklərinə əsasən ağır işgəncə edən həkimlərlə görüşmək idi. Doğrusunu etiraf edək ki, şikayətçimizin söylədiyi kimi, xəstə bir insana həkim tərəfindən edilən bu qədər işgəncələrin bir az qərəz olduğunu düşünmüşdük. Odur ki, qarşı tərəfə haqsızlıq etməmək üçün Coşqunu müalicə edən həkimlərin fikirlərini öyrənməyin vacib olduğunu düşündük. Qarşımıza suallarımızı verə biləcəyimiz bir səlahiyyət sahibi çıxana qədər xəstəxananın giriş qapısından ayağımızı içəri qoyduğumuz andan gördüklərimiz, eşitdiklərimiz, şahidi olduqlarımız artıq bizim təəssuratımızda çox böyük eybəcərliklər formalaşdırdı. 

O, dövlət əlehinə nə danışdı? - Foto/ Video







 





İlk öncə giriş qapısından daxil olan zaman qapıda dayanan polis əməkdaşlarının "yana əyilən əl”ləri artıq nə ilə, kimlərlə üz-üzə olduğumuzun ilk mesajını verdi. Qəbul şöbəsinə yaxınlaşıb, vərəm şöbəsinin şöbə müdiri Faiq Fərəcovun qəbuluna getmək istədiyimizi bildirdik. Nə məqsədlə getməyimizin səbəbini soruşduqda, Coşqun Nuriyevlə bağlı olduğunu bildirdik. Nəhayət bizə yolu və istiqaməti izah edib, Faiq həkimin üzərinə ünvanladılar. Xəstəxananın həyətindən getdiyimiz uzun-uzadı yol boyu üzəri meyvə ilə dolu müxtəlif ağaclar qarşımıza çıxdı. Eləcə də xəstəxananın həyətində başlı-başına axıb gedən xeyli sayda su krantları ilə qarşılaşdıq. Siz düşünməyin ki, bunu səbəbsiz yerə söylədik. Az qala "daşı əridib yağını çıxaran” istidə üzəri məhsulla dolu ağaclar susuzluqdan sanki oradakı xəstələr kimi fəryad edirdilər. Çəmənliklər isə (hərçənd nə qədər çəmənlik adlandırılması mümkün olarsa) , çəmənlikdən çox quru səhranı xatırladırdı. Bu acınacaqlı mənzərəni seyr edə-edə nəhayət gəlib çatdıq faiq həkimin rəhbərlik etdiyi kişi vərəm şöbəsinə. Bizi qarşılayan tibb işçisi Faiq həkimin kantorda, yəni baş həkimin yanında olduğunu bildirdi. Digər tibb bacısı isə kimliyimizlə, gəlişimizin məqsədilə maraqlandı. Kimliyimiz müəyyən olunduqdan sonra Faiq həkimdən kəskin təlimat gəldi ki. bizi qəbul etməyəcək. Tural həkimin yanına getsinlər. Bəs bu Tural həkim kimdir? Tural həkim xüsusi təhlükəli cinayətkar hesab edilən, həkimlərin təbiriycə desək itaətsizlik edən və "ağıllanmaları” üçün bu şöbəyə yerləşdirilən, yəni sözün həqiqi mənasında Quantanama və ya Konslagerdən daha amansız olan şöbənin şöbə müdiridir. Faiq həkimin təyinatı ilə yollandıq Tural həkimin şöbəsinə. Yəni, ARMM. GCMAPS şöbəsinə. Əvvəlcə şöbənin qapısı önündə saysız hesabsız küçə itlərinin toplanması bizi qorxutdu. Nəhayət qorxularımızı yenib şöbənin qapısını döydük. Tural həkim də həmkarı Faiq həkim kimi bizimlə görüşdən yan qaçdı. Qapıda dayanan polis işçisinin vasitəsi ilə sifariş göndərdi ki, "Haçan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən icazə alsaq, onda bizi qəbul edər”. Nə edə bilərik? Bu da Tural həkimin digər həmkarları kimi ölkə qanunlarına qoyduğu "hörmət”. (Yeri gəlmişkən biz qanunlara hörmət mövzusuna bir azdan qayıdacağıq).
Bizi qorxulu ÇUMA ya da TAUN xəstəsi hesab edən xəstəxana həkimləri görüşmək istəməsələr də, biz öz "xəstəliyimizi” onlara yoluxdurmaqdan vaz keçəcək deyildik. Odur ki, xəstəxananın Baş həkimi Ağahəsən Rəsulovun yanına yollandıq.. Katibəsi tərəfindən qapıda qarşımız kəsilib, "həkim məşğuldur” deyə şablon cümlələrlə qəbula girişimizə əngəl yaradıldı. Baş həkimin qapısı önündəsə Faiq həkimlə üz-üzə gəldik. Faiq həkim bizdən qaçmağa fürsət tapa bilmədiyindən, çar-naçar suallarımızı cavablandırmağa razılaşdı. Faiq həkimə yönləndirdiyimiz ilk suallarımız Coşqun Nuriyevin və anasının söylədikləri faktlar əsasında oldu. Lakin həkim faktların hamısının yalan olduğunu israrla təsdiq edib dayanmağa çalışsa da təkrar-təkrar yönələn suallarımız qarşısında az öncə söylədiklərinə zidd digər cavab aldıq. Faiq həkim Coşqunun "davranış pozuntusu” diaqnozu ilə xəstə olduğunu dönə-dönə vurğuladı. Onun həkim olaraq xəstədə hansı davranış pozuntusu əlamətləri olduğunu öyrənmək istədikdə bildirdi ki, "Coşqun hərəkətlərinə nəzarət edə bilmir. Prezidentin iqamətgahı ətrafında dayanır. Dövlət əlehinə sözlər danışır” və.s. Bu yerdə Faiq həkim bir həqiqəti unudub. Əgər Coşqun onun söylədiyi kimi əqli qüsurlu xəstədirsə, o zaman niyə ölkə prezidentinin xalqına olan məhəbbətindən inamını ümidini kəsmir?. Salyan rayon İcra Başçısının tapşırığı ilə sənətinə xəyanət edən həkimlərlə əlbirliyi edib, haqq səsini boğmağa çalışan məmur özbaşınalığının İlham Əliyev cənablarına çatdıra biləcəyindən niyə bu qədər qorxuya düşüblər? Coşqun Faiq həkimin söylədiyi kimi sağalmaz psixiatrik xəstədirsə, xəstəliyi zamanı bir insanı belə incitməmiş, üstəlik ağır vərəm xəstəsi olduğunu bildiyi halda cəmiyyət üçün hansı zərəli halından qorxmaq lazımdır? Bəlkə ya elə bəlkəsiz, Salyan rayon rəhbərliyinə yarada biləcək "zərərli haldan” qorxurlar?
O, dövlət əlehinə nə danışdı? - Foto/ Video





 

 






Araşdırmamız zamanı diqqətimizdən qaçmayan əsas məqam ondan ibarət oldu ki, Coşqun xəstəxanaya heç bir vətəndaş şikayəti əsasında yatızdırılmayıb. Ötən yazımızda və anasının video-yayımında qeyd edildiyi kimi Salyan rayon Polis İdarəsinin hədə-qorxusu ilə Təranə Nuriyevaya yazdırılan ərizə əsasında göndərilib. Xəstəxanada isə Coşquna ağır işgəncə altında könüllü olaraq xəstəxanaya gəlməsini təsdiq edən sənədə qol çəkdirilib. Az öncə Coşqunda davranış pozuntusu olduğunu Faiq həkimin təsdiq etdiyini qeyd etdik. Elə isə əqli qüsurlu bir insanın imzası yetərli hesab edilə bilər mi? Yox əgər yetərli hesab olunarsa, o zaman xəstəxanada yaşadığı cəhənnəm işgəncəsinin həqiqət olmasına da inanmağa borcluyuq. 

Faiq həkimlə Coşqun ətrafında apardığımız söhbətdən kifayət qədər uyğunsuzluq, qanunsuzluqlar aşkar edildi. Lakin düşünürsünüz ki, yalnız Faiq həkim, ya da Tural həkim bir həkim kimi xəstələrinə barmaqası baxır? Orada yatan xəstələri xəstaxananın həyətində dolaşan sahibsiz itlərdən fərqli hesab etməyən baş həkim Ağahəsən həkim özü bu vəziyyətə şərait yaradır. (Bu qənaətə gəlməyimizə səbəb, azğın itlərin içərisində xəstəxananın həyətində, yandıran günəşin altında işlədilən xəstələri gördükdən sonra oldu.) 
33 yaşlı Coşqun və Coşqun kimi neçə-neçə xəstənin taleyinə "ayaq silib keçən” bu tibb ocağının nəhayət qəbuluna qüşmək arzusu ilə təkrar qəbul otağında əyləşmiş katibə xanıma yaxınlaşdıq. Katibə xanımsa özünü yüksək səlahiyyət sahibi hesab edib, bizim suallarımızı özü cavablandırmaq qərarına gəldi. Elə bu zaman da baş həkim tələm-tələsik iş otağının qapısını bağlayıb aradan çıxdı. 

Yuxarıda qanunlara hörmətə yenidən qayıdacağımızı qeyd etmişdik. Faiq həkim Coşqunun qanunlara hörmətsizliyindən, dövlət əlehinə danışdığından bəhs edir. Coşqunun "qəbahətini” siz həkimlərin söylədiyinə əsasən davranış pozuntusunun təzahürü hesab etmək olar. Siz həkimlər isə cəmiyyətdə əqli qüsurlu insanları müalicə etdiyinizi düşünürsünüz. Bəs onların dövlət tərəfindən təyin olunmuş əlillik pensiyası kartlarının həkimlər tərəfindən mənimsəməsi hansı qanunla tənzimlənir? (Son qeydə aldığımız faktlarla bağlı zərurət tələb olunduqda xəstə vətəndaşların kimliklərini açıqlamağa hazırıq.) Coşqunun isə sizlərdən fərqli olaraq həqiqəti Salyan Rayon İcra Başçısı Sevindik Hətəmovun və bütün bu işdə "zəhməti keçən” fiqurların üzünə söyləməyə cəsarəti çatır.

"DogruXeber.az” 


O, dövlət əlehinə nə danışdı? - Foto/ Video
O, dövlət əlehinə nə danışdı? - Foto/ Video
O, dövlət əlehinə nə danışdı? - Foto/ Video
O, dövlət əlehinə nə danışdı? - Foto/ Video
O, dövlət əlehinə nə danışdı? - Foto/ Video

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər