Gündəm

Yaşamalda baş verən hadisənin maraqlı tərəfləri üzə çıxdı-VİDEO




 
 
 
 



Bu gün ölkədə baş verən bir sıra məlum hadisələrdən sonra bəzi yüksək çinli məmurların böyük sərvətləri üzə çıxmışdır.Təbii ki,o məmurlardan bir neçəsi tutduğu vəzifədən azad edilmişdir. Amma əfsuslar olsun ki,o sıralarda adları qeyd olunan çox sayda məmurlar hələ də öz mövqe və məqamlarındadırlar. Danılmazdır ki,bu gün yüksək çinli məmurların böyük əksəriyyətinin biri-birləri ilə qohumluq əlaqələri vardır. Məhz bu yaxın əlaqələrin nəticəsidir ki,səlahiyyətlərindən sui-istifadə edərək dövlətin sərvətini mənimsəyib öz şəxsi biznes və bahalı mülklərinin sayını artırmaqla məşğuldurlar. Əlbəttə ki,bu cür məlumatlar artıq cəmiyyət üçün təəccüb doğurmayan bir həddə gəlib çatmışdır. Bu isə onunla əlaqələnir ki,texnalogiyanın sürətlə inkişaf etdiyi bir dövrdə bu cür məlumatlar tez bir zamanda ictimaiyyətin diqqətinə çatdırılır və beləliklə də cəmiyyət ölkədə baş verən məmur özbaşınalığından anında xəbərdar olur. 

Bu gün "DogruXeber.az" informasiya agentliyi olaraq Yasamal rayonunda baş vermiş bir sıra maraqlı hadisənin acı nəticəsi ilə sizləri tanış edəcəyik. Belə ki,ötən buraxlışlarımızın birində Yasamal rayon Şəfaət Mehdiyev küçəsi 1-ci Alatavanın giriş hissəsində su anbarının üstündə qeyri-qanuni tikinti işlərinin aparılması barədə görüntüləri sizlərin diqqətinə çatdırmışdıq. Əlbəttə ki,sözügedən ərazidə aparılan qanunsuz tikintidən bir çox yerli sakinlər redaksiyamıza narazılıqlarını bildirmişdirlər. Redaksiyamız isə həmin ərazidə qeydə alınan video görüntüləri ictimaiyyətin diqqətinə çatdırmışdır. Amma təəssüflər olsun ki,həyata keçirilən qanunsuz tikinti barədə yerli icra orqanı tərəfindən bu günə qədər heç bir qanuni tədbir görülməmişdir. Yerli sakinlərin iddiasına görə həyata keçirilən qanunsuz tikinti bir başa rayon rəhbərliyinin razılığı əsasında həyata keçirilir. Sakinlərin İcra başçısı haqqında etdikləri iddia bizim də maraq dairəmizi cəlb etdiyi üçün həmin əraziyə baxış keçirmək qərarına gəldik. 

Əraziyə baxış keçirdiyimiz vaxt həqiqətən də sözügedən ərazinin əhali üçün nə qədər əhəmiyyətli olduğunun əyani şahidi olduq. Əhəmiyyətli olmasının səbəbi isə budur ki,həmin ərazidə içməli su anbarı mövcuddur. Bu arada bir neçə gün öncə Yasamal rayonunda Dadaş Bünyadzadə ev 30 ünvanında icra orqanı tərəfindən vətəndaşa külli miqdarda maddi və mənəvi zərər vurması barədə "Baku tv" internet tv-də yayımlanan görüntülər hər kəsin hiddətinə səbəb olmuşdur. Təəccüblüsü burasındadır ki,İcra orqanı tərəfindən əsassız olaraq sökülən mənzilin,bütün sənədlərinin qanuni qaydada olmasına məhəl qoymadan evi sökmələri,insanlar arasında müxtəlif fikirlərin formalaşmasına səbəb olmuşdur. 

Bu gün Yasamal rayonunda biri-birinə zidd olan hadisələr onu deməyə əsas verir ki,rayon ərazisində görülən bütün işlərdə rəhbərliyin maraqları təmin olunmadığı halda dolayı yollarla da olsa süni əngəllər yaradılaraq vətəndaşlara müxtəlif məbləğlərdə zərər vururlar. Təqdim etdiyimiz videorolikə nəzər salsanız gedən sujetdəki olan fərqi sizlər də görə biləcəksiniz. Bir tərəfdə qanunsuz tikintinin rahat şəkildə aparılması,digər tərəfdə isə qanuni qaydada aparılan tikintinin hansı vəhşiliklərlə sökülməsi insanlarda icra orqanına qarşı hiddət yaradıb. Bu cür xoşagəlməz hadisələrin yaranmasına səbəb kimi gənc İcra başçısı Elşad Həsənovu günahlandıran yerli sakinlər,onun idarəçiliyini olduqca zəif qiymətləndiriblər. 

İcra başçısı E.Həsənov bilməlidir ki,ölkə Prezidenti cənab İlham Əliyevin son çıxışından sonra ictimai nəzarət hədsiz dərəcədə gücləndirilib. Artıq sadə vətəndaşlar belə , ölkə başçısının çıxışından ilhamlanaraq çevrəsində nə baş verirsə dərhal qeydə alıb mətbuat vasitəsilə məsələni ictimailəşdirirlər. Bu isə xalqın ölkə başçısına güvəncinin açıq şəkildə göstəricisidir. İndi gənc İcra başçısı E.Həsənov rəhbərlik etdiyi rayonda aparılan qanunsuz tikintilərə qarşı görüb-görmədiyi bütün işlərin nəticəsini ictimai nəzarət olan xalqa hesabat vermək məcburiyyətindədir.. Məsələyə qayıdacağıq...!!!
"DogruXeber.az"

Redaksiya qarşı tərəfin söz haqqını tanıyır:

Son xəbərlər

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Bütün xəbərlər