mumtv.az
mumtv.az

İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldıİcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı

İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldıİcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
19-09-2020, 15:35 46 dəfə baxılıb

İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldıİcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı





 
 
 
 




Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır duz gölünün hazırkı ekoloji vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə gələrək gölün ətrafına baxış keçirib. Bildirilib ki, Masazır kəndində "Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 2018-ci ildə 14,6 km uzunluğunda müxtəlif diametrli xətt çəkilib və nasosxana inşa olunub. Xətt çəkilişi işləri sifarişçi  "Azərsu” ASC-nin verdiyi layihə əsasında podratçı   "ArchiCo”  MMC tərəfindən həyata keçirilib. Verilmiş layihəyə uyğun  xətt çəkilişi işləri  normal səviyyədə başa çatdırılaraq,   11 iyul 2019-cu il tarixdə "Azərsu” ASC-yə təhvil verilib.  Lakin  layihə  duz gölünə axıdılan çirkab sularını tam əhatə etməyib. Belə ki, Masazır kəndi istiqamətində "Zəli gölü” adlanan ərazidən qrunt suları və eləcə də ətraf ərazilərdən  gölə axıdılmalar nəticəsində göl daşaraq açıq şəkildə Masazır duz gölünə axır. Bu ərazi  əvvəl çəkilmiş layihə üzrə  kanalizasiya xəttinin başlanğıc nöqtəsinə 50-60 metr məsafədə olmasına baxmayaraq, suyun səviyyəsinin çəkilmiş xətdən bir neçə metr aşağıda olması səbəbindən ərazidən suların  yığılması mümkün olmayıb. Mövcud vəziyyətlə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən 22 may 2020-ci il tarixli 1183 saylı məktubla "Azərsu” ASC-yə müraciət edilib.Masazır duz gölünün çirkab suları və digər tullantılarla çirklənməsi ilə bağlı 18 sentyabr 2020-ci il tarixdə "Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər  Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları tərəfindən də əraziyə baxış keçirilib.  
İ.Gülməmmədova Abşeron Sukanal idarəsinin əməkdaşları ilə ərazyə baxış keçirdikdən sonra çirkab suları və digər tullantılarla çirklənməsinin qarşısının alınması istiqamətində görüləcək işləri  təhlil edib. Bununla bağlı Masazır və Novxanı kəndləri ərazisində 2018-ci ildə çəkilmiş kanalizasiya xətti  layihəsinin davam etdirilərək yeni nasosxana inşa olunmasını və 50-60 metr məsafədə öz axını ilə çəkilmiş kanalizasiya xəttinə birləşmənin verilməsi məqsəduyğun hesab edilib. 
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldıİcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA