mumtv.az
mumtv.az

Yoluxma artarsa Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Yoluxma artarsa Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
18-09-2020, 15:51 42 dəfə baxılıb

Yoluxma artarsa Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMAXəbər verdiyimiz Nazirlər Kabineti yanında Operativ Qərargah "Şəki Bazar" ASC-də epidemioloji vəziyyətə dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, "Şəki Bazar" ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmiş, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. Yoluxma artma dinamikası ilə davam edərsə ölkə üzrə yenidən sərt karantin rejimi elan edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, Şəkidə bazarın bağlanması onu göstərir ki, orada epidemioloji vəziyyət yaxşı deyil:

"Ölkə üzrə də bu qayda tədbiq ediləcək. Harda epidemioloji ocaq varsa oranın qapadılmasına gediləcək. Payız fəslində digər soyuqdəymə xəstəlikləri artacaq. Bununla bağlı Operativ Qərargah müəyyən işlər görülməlidir. Bütün ambulator xidmət və digər sahələr tam hazır vəziyyətə gətirilməlidir. Koronavirusla yanaşı soyuqdəymə xəstəlkləri də qızdırma ilə müşhidə olunur. Bu zaman differensal müayinə önəm kəsb edir. Qapalı məkanlarda sərt karantin davranışlarına nəzarət gücləndirilməlidir.

Təəssüf ki, insanlarımızın bəziləri karantin qaydalarına əməl etmirlər. Yoluxma artsa belə inanmıram ki, yenidən "evdə qal" karantininə geri qayıdılsın. Amma ayrı-ayrı sahələrdə yenidən məhdudiyyətlər qoyula bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA