Gündəm

Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı
 
 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsi cənab Fuad Heydərova
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə
Surəti: Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab Mirqafar Seyidova
Surəti: Suraxanı rayon prokuroru cənab Vüqar Hüseynova
Surəti: Xətai rayon prokuroru cənab Qabil Qasımova

Məlum edirik ki, tərəqqipərvər kütləvi informasiya vasitəsi olan "Azerinfo.az” informasiya agentliyi cəmiyyətdə qanunsuzluqların, cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizə işinə həmişə gərəkən informasiya dəstəyi vermiş, hüquq-mühafizə orqanlarına etibarlı tərəf müqabili kimi çıxış etmişdir.
Müşahidə etmişik ki, yüngüləxlaq qadınları istismar etməyi biznesə çevirən işbazlar "ailəvi” istirahət mərkəzləri, "masaj” salonları, "kafe-restoran” adı altında işlətdikləri obyektləri əslində "priton” kimi istifadə edirək, hətta koronavirus infeksiyasına yoluxma hallarının daha çox qeydə alındığı dönəmdə də gizli fəaliyyət göstərmiş, sərt karantin rejimi yumşaldılandan, ictimai iaşə obyektlərinin fəaliyyətinə rəsmi icazə veriləndən sonra isə özlərini daha da sərbəst hiss etməyə başlamışlar. Onların sırasında daha çox narazılıq doğuran paytaxtın Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı "Maral” restoranı barədə qələmə aldığımız "Pritonlarda koronavirus təhlükısi” başlıqlı məqaləyə diqqət yetirməyinizi xahiş edirik. İnanırıq ki, mıqalədə ehtiva olunan məsələlərlə bağlı araşdırma aparılması və nəticə barədə redaksiyamızın məlumatlandırılmasına göstəriş verəcəksiniz.
Tərəfimizdən məqalədə göstərilənlərin sübutu kimi xidmət edəcək materialları təqdim etməyə hazır olduğumuzu bildiririk.
Qoşma: "Azerinfo.az” saytından çıxarış – 1(bir) vərəq.

"Azerinfo.az” saytından çıxarış – 16.09.2020
"Priton”larda koronavirus təhlükəsi
Koronavirus pandemiyası, infeksiyaya yoluxmanın vəd etdiyi təhlükə, xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlik karantin tədbirləri qədim peşə sahibləri olan seks işçilərinə də ciddi maddi ziyan vurmuşdur. Doğrudur, Azərbaycanda fahişəlik yumşaq ifadə ilə desək, alqışlanmasa da, dinimizdə yasaqlansa da, bu fəaliyyət növü ilə məşğul olan qadınlar və hətta "kişilər” az deyil. Bəzilərini bu yola əl atmağa yüngüləxlaqlıq, bəzilərini də ehtiyac vadar edir. Belələrini cinsi istismar etməyi biznesə çevirən işbazlar isə cəmiyyətə daha çox zərər vururlar. Onlar "ailəvi” istirahət mərkəzləri, "masaj” salonları, "kafe-restoran” adı altında işlətdikləri obyektləri əslində "priton” kimi istifadə edirlər. Aidiyyəti dövlət və hökumət strukturları belə neqativ hallara qarşı mübarizə apardıqları barədə vaxtaşırı hesabatlar versələr də, görünür, həyata keçirilən tədbirlərin yetərli olmaması səbəbindən əxlaqsızlıq yuvaları gənclərimizin mənəviyyatına zərbə vurmaqda, ailələri dağıtmaqda davam edir.
Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan "Azerinfo.az” informasiya agentliyi belə neqativ hallara qarşı mübarizə işinə həmişə gərəkən informasiya dəstəyi vermiş, hüquq-mühafizə orqanlarına etibarlı tərəf müqabili kimi çıxış etmişdir. Müşahidə etmişik ki, bəzi "pritonlar” hətta koronavirus infeksiyasına yoluxma hallarının daha çox qeydə alındığı dönəmdə də gizli fəaliyyət göstərmiş, sərt karantin rejimi yumşaldılandan, ictimai iaşə obyektlərinin fəaliyyətinə rəsmi icazə veriləndən sonra isə özlərini daha da sərbəst hiss etməyə başlamışlar. Onların sırasında paytaxtın Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı "Maral” restoranı daha çox narazılıq doğurur. "Dalğa”nı işlədən Sadiq, "Maral”ı idarə edən Tural adlı şəxslər müştərilərə intim xidmətlər təşkil etdiklərinə görə nə utanır, nə də çəkinirlər. Hətta soruşana deyirlər ki, işlədikləri rayonun polisi ilə, həmçinin, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin mənsubları ilə vaxtaşırı hesablaşırlar.
Redaksiyamızın əməkdaşları axşam saatlarında müştəri qismində təqdim olunaraq, "Maral” restoranında həqiqətən intim xidmətlərin təklif edildiyinin şahidi olmuş, hətta qiymətləri də öyrənmişlər. Restoranın işçisi bu xidmət növündən 1-2 saatlıq istifadəyə görə bir adamdan 30 manat, təklif olunan qadınla keçiriləcək bir gecəyə (səhərədək) görə isə 40 manat pul tələb edir. İkimərtəbəli və təqribən 20-yə yaxın otaqdan ibarət olan "Maral”da, cütlüklər üçün lazım olan hər cür şərait var. Yəni, hər bir otaqda televizor, hamam, yataq dəsti və digər avadanlıqlar olduğundan, cütlüklər hər şeydən geninə-boluna istifadə edə bilirlər. Burada kassa aparatı olmadığından, müştərilərə göstərilən ənənəvi iaşə xidmətlərindən istrifadəyə görə də ödəniş qəbzi verilmir ki, bu da vergidən yayınma deməkdir.
Onu da qeyd edək ki, restorana cinsi istismara cəlb olunan qadınlarla əmək müqaviləsi bağlanılmır, təbii ki, onların nə özlərindən, nə də restorana gətirdikləri gəlirdən vergi tutulmur. Onlar heç tibbi müayinədən də keçirilmir, hansı xəstəliklərin daşıyıcıları olduqları müəyyənləşdirilmir ki, bu da xidmətlərindən istifadə edənlərin səhhətini ciddi təhlükə altına qoyur.
"Azerinfo.az” saytı redaksiyası adından məsələ ilə əlaqədar aidiyyati qurumlara rəsmi məktubla müraciət etməyi qərar almışıq. Cavab alacağımız təqdirdə məzmununu oxucularımızla bölüşəcəyik.

"Əsli ilə doğrudur”

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər