Gündəm

Kənd həyəcan içində: Gecələr yanğın törədən şəxs kimdir? – FOTOLAR

Şəmkirin Zəyəm Cırdaxan kəndinin sakinləri artıq 10 gündür təşviş içərisindədirlər. Buna səbəb kənddə gecələr evlərə, tövlələrə od vurulmasıdır.

Bu barədə kənd sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, kənd hazırda polis nəzarətindədir, son bir neçə gündə yanğın qeydə alınmayıb. Buna baxmayaraq sakinlər gecələr yatmırlar, növbə çəkirlər. Hadisəni törədən şəxs və ya şəxslər isə tutulmayıb.

"Bizim kəndin 10 min əhalisi var. Qəribədir ki, yanğınlar müxtəlif ərazilərdə, kəndin girişində, ortasında, yuxarı ərazidə olub. Sakinlərin qış üçün ot tədarükü yandırılıb, elə ot tayalarına nə qədər pul verilmişdi. Doğrusu, hərə bir fərziyə irəli sürür, hətta hadisənin qəribə məxluqlar tərəfindən törədildiyinə inananlar da var. Deyirlər ki, bir neçə nəfərin evi yandırılıb. Polislər araşdırma aparırlar, gecələr ərazilərdə gəzib nəzarət edirlər”,-sakin deyib.

Onun bildirdiyinə görə, əvvəllər nə Zəyəm Cırdaxan, nə də yaxın kəndlərdə bu cür hadisələr olmayıb. Hadisənin gecələr törədilməsi kəndlilər arasında qorxu yaradıb. Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də kəndə gəlib, baş verənlərlə maraqlanıblar. Təxminən 1 həftə əvvəl kənd icra nümayəndəsi də işdən çıxıb, yerinə yeni təyinat olub: «Jurnalistlər də çəkiliş etdilər. Kənd yeridir, fərziyələr dolaşdıqca kəndlilərin narahatlıqları da artır”.

Kimliyi bilinməyən şəxs və ya şəxslər Nargilə Əhmədovanın da həyətindəki evə və tövləyə od vurublar. "Gecə təxminən saat iki olardı. Nəvəm məni yuxudan oyatdı ki, evimiz yanır. Baxdım ki, evin yol tərəfdəki hissəsi alovlanıb. Həyətdə tövlə və kiçik daxma da vardı, hamısı yandı. İçərisindəki un və taxılın hamısı kül oldu. Bu, artıq kənddə dördüncü yanğın hadisəsidir”, – deyə o əlavə edib.

Sakinlər deyirlər ki, son vaxtlar ayrı-ayrı günlərdə kənddə 4 evə, həmçinin bir neçə tövlə və ot tayasına od vurulub.

Kəndin yeni icra nümayəndəsi İsmayıl Burciyev bildirib ki, hazırda araşdırma gedir. "Evlər yox, 2-3 əl damı, tövlələr, ot tayaları yandırılıb. 10 gündür yanğın yoxdur, sakitçilikdir. Amma kənd yeridir, bir az şıqqıltı olan kimi sakinlər təşvişə düşürlər, narahat olurlar”,-icra nümayəndəsi bildirib.

İcra nümayəndəsi yanğın nəticəsində dəymiş zərərin həcmindən xəbərsiz olduğunu bildirib.

Şəmkir Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirməyiblər.

Ərazi üzrə polis bölməsindən isə deyiblər ki, kəndə nəzarət edilir, hələlik saxlanılan yoxdur: "Konkret neçə evin, tövlənin yandırıldığından məlumatsızam. Amma hazırda kənddə nəzarət var”.(virtualaz.org)

DOSYE.ORG


Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər