Gündəm

Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik -VİDEO
 
 
 

 
 
2018-ci ilin sonları..Abel Məhərrəmov erasının sonu.

Xəbərləri xatırlayırsınız:
"Abel Məhərrəmov Madrid şəhərindəki restoranlardan birində içib dava salıb”; "Bakıdan İspaniyaya və geriyə çaxır daşıyıb”; "Səfir olan oğlu diplomatik toxunulmazlığından biznes maraqları üçün istifadə edib”…

Çaxır kralı

Həmin il, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşdü. Məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək idi.
Səfər başlanğıcdan sona qədər "maraqlı macəralar”la zəngin oldu.
Əvvəlcə, Airbus-319A tipli təyyarə ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilmədi. Buna səbəb isə sərnişinlərdən birinin – nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı idi. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur oldular. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğlu Anar Məhərrəmova məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilmişdi.
Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılırmış.Hadisənin sonrakı təfərrüatı hamıya məlumdu deyə yazmağa lüzum görmədik.

Heydər Əliyev əleyhinə imza atmışdı

Azərbaycanın ən yaşlı universitinin sərxoş rəhbərinin gözləri elə örtülmüşdü ki, özünü hakimiyyətə alternativ görürdü.
Hətta Abel müəllim bir dəfə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: "BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.”
Mövcud hakimiyyətin dövründə hədsiz var-dövlət sahibi olan Abel Məhərrəmovun necə birisi olduğunu hazırda deputat olan, təhsil eksperti Etibar Əliyev bildirmişdi:
"Səhv etmirəmsə, 2011-ci ildə yazdığım bir məqaləmdə Bakı Dövlət Universitetində baş alıb gedən özbaşınalıqlar, təhsilin keyfiyyətinin ilbəil aşağı düşməsindən bəhs etmişdim. Həmin məqalədə "Bakı Universiteti” qəzetinin 14 sentyabr 1991-ci il tarixli sayında dərc olunan Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevə qarşı BDU-nun professor-müəllim heyətinin imzaladığı bəyanatda Abel Məhərrəmovun da adının olmasını göstərmişdim. Qəzetin həmin sayını qəzet redaktorlarının birinə vermişdim. Abel Məhərrəmov məni və qəzeti məhkəmə ilə hədələyəndə həmin redaktordan qəzeti istədim. Lakin o qəzeti itirdiyini dedi. Mərkəzi kitabxanada həmin qəzetdə bir nəfərin adını pozub, Yusif Seyidovun adını yazıblar. Mən bu müqəddəs ali məktəbdəki vəziyyət barədə zaman-zaman silsilə yazılarla çıxış etmişəm. Lakin bəzi nadanlar bunu qərəzli hesab edərək, Abel Məhərrəmovu müdafiə edirdilər. İndi o artıq vəzifədə olmadığından bu barədə çox danışmaq istəmirəm.”"Xırda adam”ın böyük biznesi

Ramiz Mehdiyevin nəvəsinin qız toyunda olub, tost deyən "xırda adam” kimi tarixə düşən Abel Məhərrəmovun əmlak siyahısına baxaq.
Aktualxeber.az-da əmlakları qeyd etmişdik:
1. "El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. "Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)
3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
6. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
7. BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək Abel Məhərrəmovun otel və restoranlarında yerləşdirilib.
A. Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1) "Lamborghini”
2) "Bentley”
3) "Porsche Cayenne”
4) "Land Rover”
5) "Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min avro dəyərində ölçülür)
6) "Audi Q7”
7) "Audi Q8” (Son model, qiyməti 450 min avro)
8 ) "Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9) "BMW X6” (son model – qiyməti 200 min avro)
10) "BMW -760” (qiyməti 400 min avro)
Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
1) Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;
2) Quba rayonunda 1 villa;
3) Xızı rayonunda 1 villa;
4) Nabranda 1 villa;
5) Şüvəlan qəsəbəsində 1 villa;
6) Mərdəkan qəsəbəsində 1 villa;
7) AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
Şərifzadə küçəsində yerləşən ev.
– Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus” uşaq bağçası.
– 8-ci mikrorayonda daha bir restoranı
– N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
Aktualxeber.az-a yeni daxil olan məlumatlara görə A. Məhərrəmovun mətbuatda indiyə kimi adı hallanmayan daha bir neçə əmlakları var. Bunlara Moskvadakı böyük biznesi və orada aldığı bir kv.m 25.000 dollara olan bahalı mənzil, Çində mebel fabriki də var. Həmin bizneslərə qohumu Amil Məhərrəmov nəzarət edir.

"Nağilbaz” rektor

Bundan əlavə akademik özəl həyatına da pullar əsirgəmirmiş… Belə ki, ona yaxın olan xanımlara lüks şərait yaratmaq onun xobbisinə çevrilibmiş.. Buna BDU-nun iki xanım əməkdaşı üçün edilənləri misal çəkə bilərik. Filoloq alim Səidə Abbasova və tarixçi dosent Gövhər Rizayevanın Abel Məhərrəmova yaxın insanlar olduğu BDU-da hamıya məlumdur. Onların müdafiəsindən tutmuş mənzillərinə, maşınlarına, obyektlərinə və digər qayğılarına keçmiş rektorun sayəsində nail olduqları heç kimə sirr deyildir. Yüzlərlə mənzilə ehtiyacı olan BDU-nun hörmətli alimləri evsiz qaldığı halda hər iki xanıma BDU-nun əməkdaşları üçün tikilən yeni binada 400 kv.m-lik tam təmirli mənzil hədiyyə edən akademik onlara 80.000 dollarlıq bahalı avtomobillər də hədiyyə edibmiş…BDU-da hamıya "yuxarılardan mənə bu xanımları tapşırıblar deyə edirəm” deyə gözdən pərdə asmağa çalışan Abel müəllimin əsil xisləti əslində hamıya məlum idi. ”Yuxarı” deyərkən də o, öz yaxın ətrafına ölkənin birinci xanımını nəzərdə tutduğunu deyirdi.
Adam nə qədər öz simasını itirməlidir, öz yaşadığı qadını Mehriban Əliyevanın qohumu kimi təqdim etsin.
Abel Məhərrəmovun bu əməlləri konkret cinayət əməlləridir və cəzasın çəkməlidir.
Əlimizdə olan materiallarla bağlı güc strukturlarına rəsmi müraciət edəcəyik.
Bu ölkədə bir Nağılbaz vardı ki, qalmaqqalla rəhmətə getdi, adı Anar idi. Abel Nağılbazın qalmaqalı hələ qarşıdadır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
(Gundemxeber.az)

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər