Gündəm

Əli Həsənov həbs edilir?








 
 
 
 


Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

Məlumata görə, Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatlardan bəlli olur ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib.


Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, "Mahir Abdullayev qorxudan şalvarını doldursa da hələ dözür”




Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə O özü bu danışığa şahidlik edib.


Hal-hazırda Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan edib. Nurlan Həsənovun Türkiyənin İstanbul şəhərində gizləndiyi bildirilir.


Daxil olan daha bir maraqlı məlumat isə Nurlan Həsənovun kimliyi ilə bağlıdır. Araşdırmalar göstərir ki, Nurlan Həsənov beynəlxalq axtarışda olmasına baxmayaraq hal-hazırda Nərimanov rayon icra hakimiyyətində yüksək vəzifə daşıyır.



 


Nərimanov rayon icra hakimiyyətinin rəsmi saytında göstərilir ki, Həsənov Nurlan Həsən oğlu Nərimanov rayon icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.


Nurlan Həsənovla bağlı internetdə axtarış etdiyimiz zaman çox müəmmalı məlumatlarla qarşılaşdıq. Belə ki, Nurlan Həsənovun illərdir Prezidentin keçmiş köməkçisi Əli Həsənov tərəfindən himayə edilir:






Görəsən Hal-hazırda Əli Həsənovun və Nurlan Həsənovun ikisinin də İstanbulda olması təsadüfdürmü?

 

Bir neçə gün əvvəl mühacirətdə yaşayan, müxalif jurnalist Natiq Adilov öz facebook hesabında Avropada yaşayan digər müxalif siyasətçi Qurban Məmmədovun da İstanbula Əli Həsənovla görüşə getdiyini açıqlamışdır. Bundan öncə də Əli Həsənov və Qurban Məmmədovun münasibətlərindən bəhs edən yüzlərlə yazıya rast gəlmək mümkündür.

 

Lakin bu yaxında hit.az saytında sensasiya hesab ediləcək araşdırma dərc edilmişdir. Belə ki, Qurban Məmmədovun müxalifliyinin elə ilk günündən Əli Həsənovun protektoratı altında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən maliyyələşdiyi ortaya çıxmışdır.

 


 



Necə deyərlər, bütün oxlar eyni yeri göstərir.(savash.org)

Son xəbərlər

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

Bütün xəbərlər