Gündəm

Akim Bədəlovun xaricdəki sərvəti/Foto






 
 
 

 










"DogruXeber.az" xəbər verir ki,bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib:
Ötən il ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovun şirkətləri Azərbaycan və Gürcüstanla məhdudlaşmır, sabiq məmurun ailə üzvləri Türkiyə və Almaniyada da iri biznes qurublar.
Akim Bədəlovun Bəşir Səfəroğlu küçəsi 7/36-da qeydiyyatda olan həyat yoldaşı Akifə Mövsümova 2011-ci il fevralın 9-da İstanbulda Mehmet Düşkün adlı Türkiyə vətəndaşı ilə birgə HAZARTÜRK İNŞAAT VE DIŞ TİCARET LİMİTED ŞİRKETİni təsis edib. Bu şirkət 1991-ci ildə Qarakənd üzərində ermənilər tərəfindən vurulmuş vertolyotda faciəli şəkildə həlak olmuş keçmiş dövlət katibi Tofiq İsmayılovun yaratdığı və sonradan Bədəlovların ələ keçirdiyi şirkətin Türkiyə uzantısıdr. Şirkət İstanbul Ticarət Sicili Memurluğunda 160 min lirə nizamnamə kapitalı ilə İnönü Mahallesi Cumhuriyet Caddesi No.79/2 ŞİŞLİ ünvanında qeydiyyata alınıb. Sənədlərə görə, "HAZARTÜRK"ün 142.500 lirəlik hissəsi ilə 75 faizi keçmiş agentlik rəhbərinin həyat yoldaşına məxsusdur. Tikinti sektorunda fəaliyyət göstərən şirkətdəki hissələri idarə etmək üçün Akifə Mövsümova Cəlal Məmmədov adlı şəxsə vəkalət verib. 
Akim Bədəlov həyat yoldaşının adına Almaniyada da biznes qurub. Berlində fəaliyyət göstərən ABMA GmbH-nin (Akim Bədəlov və Mövsümova Akifə ad-soyadlarının abbreviaturasıdır) aktivləri 2012-ci ildə aktivləri 2.227.117 avro, 2018-ci ildə illik dövriyyəsi 672 702 dollar təşkil edib (https://www.dnb.com/business-directory/company-profiles.abma_gmbh.4a96dbdfa041c14625b1e207e1e48f47.html).
İcraçı direktoru Arifə Mövsümovanın Türkiyədəki şirkətinə vəkalətnamə verdiyi Cəlal Məmmədovdur.
Şirkətin web səhifəsində (https://abma-europe.com/) qeyd olunur ki, ABMA MDB ölkələrinə və Türkiyəyə alternativ enerji istehsalı texnologiyaları və bərpa olunan enerji komponentləri satmaqdan əlavə, daşınmaz əmlak biznesi və avtomobillərin satışı ilə məşğuldur. Elə həmin mənbədən məlum olur ki, şirkətin üç fərqli ünvanda daşınmaz əmlakı var. Bunlardan biri - Berlində, şirkətin hüquqi qeydiyyatda olduğu Otto-Suhr-Allee 121-də "Concorde" yataq mebel və dəstləri firmasına icarəyə verilmiş satış mərkəzi, digəri isə Drezdendə, Dölzschener Str.  47-də fəaliyyət göstərən HS Autopark avtomobil satışı və təmiri mərkəzi, üçüncüsü isə Drezdenin Mohorner Str.  21 ünvanındakı icarə məqsədli binadır. Satış üçün avtomobillər əsasən Avropa Birliyi ölkələrinin auksion mərkəzlərindən alınır.
Maraqlıdır ki, Akifə Mövsümova Azərbaycanda qeydiyyatdan keçmiş "AZGÜNTEX" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir. "AZGÜNTEX" MMC 2010-cu ilin dekabrında 1000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi Akif Bədəlovun qayınatası Şərif Möhsünovdur.
Şirkət Sumqayıtdakı Azgüntex Günəş Modulları və Azgüntex LED Lampaları zavodlarını özündə birləşdirir. 
Günəş Modulları Zavodu 2012-ci il aprelin 24-dən günəş  panellərinin  istehsalı  ilə məşğul olur. Hələ o zaman Akim Bədəlov ölkə rəhbərliyinə "Azgüntex" MMC-də ildə 400 min panelin istehsalı vədini vermişdi.
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Akim Bədəlovun xaricdəki sərvəti/Foto

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər