Gündəm

Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist

 
 
 



Bugün redaksiyamıza maraqlı bir müraciət daxil olmuşdur. Belə ki jurnalist Qasımov Vüqar Vaqif oğlunun iddiası əsasında Şirvan apelyasiya məhkəməsində məhkəmə prosesi həyata keçirilib. Keçirilən proses zamanı hakimin ədalətsiz qərarından narazı olan jurnalist yuxarı stansiyalara və eyni zamanda redaksiyamıza müraciət ünvanlıyıb. Müraciəti olduğu kimi diqqətinizə çatdırırq:


Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova
Surəti nəzarət üçün: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin  Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi cənab Elçin Qasımova
Surəti nəzarət üçün: Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına
Surəti : Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Surəti nəzarət üçün : Şirvan Apellyasiya Məhkəməsinin sədri möhtərəm  Rəşadət Ağayevə
Surəti dərc olunması üçün: "Dogruxeber.az”  İnformasiya Agentliyinə

 
M ü r a c i ə t

 
Ərizəçi:Şirvan Apellyasiyasi Məhkəməsinin MİUMK-nin icraatında olan 1(102)-1440/2020 saylı iş üzrə iddiaçı Qasımov Vüqar Vaqif oğlu tərəfindən.

Ünvan: AZ-1200, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 145.

E-mail: vuqar.qasimov.82@list.ru

 


Hörmətli Ədliyyə Naziri!

Hörmətli Məhkəmə-Hüquq Şurası!

Hörmətli Elçin Qasımov!

Hörmətli Rəşadət Ağayev!

Hörmətli Prezident!

Hörmətli "Dogruxeber.az” İnformasiya Agentliyi!

Şirvan Apellyasiyasi Məhkəməsinin MİUMK-nin icraatında olan 1(102)-1440/2020 saylı iş üzrə cavabdeh Xəqani Əhmədova  əvvəlcədən kim söz veribki qətnamə onun xeyrinə çıxacaq?

Xüsusilə qeyd edirəm ki, hazırki iş üzrə cavabdeh X.Əhmədov qanunsuz torpaq zəbt etməyə, qondarma və hüquqi əsası olmayan iddia etməyə vərdiş edib.

Xatırladaq ki, daha əvvəl cavabdeh X.Əhmədov  qanunsuz şəkildə torpaq zəbzt edərək özünü ədalətli kimi təqdim etməyə və qanunun məsuliyyətindən yayınmağa çalışmışdır, lakin bütün məhkəmələrdə  onun ədalətsiz olduğu və torpaq zəbt etməsi subut olunaraq  yekunda qanuni tədbir görülmüşdür. Buna baxmayaraq cavabdeh X.Əhmədov dövlətimizin qanunlarından özünü üstün tutaraq torpaq zəbt etmişdir. Beyləqan rayon məhkəməsinin ədalətsiz  və ciddi prosessual qanunvericiliyin pozulmasi ilə qəbul edilmiş analoqu olmayan qətnaməsinin AR MPM-nin tələblərinə uyğun tam ləğv edilməsi üçün hazırda Şirvan Apellyasiya məhkəməsinin icraatında olan iş materiallarında kifayət qədər sübutlar və faktlar var. Bir sözlə cavabdeh Xəqani Əhmədov tərəfindən qanunsuz torpaq zəbt etməsini təsdiq edən və aidiyyatı qurumların bununla bağlı tədbirləri barədə müvafiq hüquqi sənədlər mövcuddur. Hazırda həmin ədalətsiz qətnamədən Apellyasiya şikayəti verilib və  iş araşdırıldığı mərhələsində olduğu bir halda iş  üzrə cavabdeh Xəqani Əhmədov ictimaiyyətdə açıq bəyan edirki guya ona kimsə söz verib ki işi öz  xeyrinə edəcəklər. Budakı ciddi şəkildə hazırkı işi rəhbərlik tərəfindən nəzarətə götürülməsinə böyük zərurət yaratmışdır. Təbii ki cavabdeh X.Əhmədovun əvvəlcədən Beyləqan Rayon Məhkəməsinin ədalətsiz qətnaməsinin qüvvədə saxlanması barədə məlumat yayması inandırıcı dey, çünki iş materiallarında apellyasiya şikayətinin tam hüquqi əsaslı olduğunu və cavabdeh Xəqani Əhmədov tərəfindən qanunsuz torpaq zəbt etməsini təsdiq edən kifayət qədər subutlar mövcuddur.  Bir sözlə əgər cavabdeh əvvəlcədən qətnaməni onun xeyrinə olmasını bilirsə onda inandiririqki bu məsələ ölkədə ədalət məhkəməsinin nüfuzuna böyük sensasiya yaradacaq qədər prezident yaradacaq və bunu əsas tutub hər kəs dövlətin torpagini qanunsuz zəbt edib bu ədalətsiz qətnaməni nümunə kimi təqdim edəcək. Beyləqan rayon məhkəməsində bu iş tam bir tərəfli ,yanı iddiaçı Vüqar Qasimovun prosessual hüquqları ayaqlar altına atılaraq və cavabdeh Xəqani Əhmədovun  qanunsuz əməlləri ədalətsiz şəkildə  ört-basdır edilərək baxılmışdır . Mən istəmirəm bu məsələ Avropa İnsan Hüquqları Üzrə Məhkəməsinə gedib çıxsın ölkəmizin nüfuzuna hansısa cür nöqsan gəlsin və ümid edirəm ki bu isə baxan yuxari məhkəmə instansiyalari  məsələnin Avropa Məhkəməsinə çıxarılmamasi üçün isə daha ciddi və ədalətli baxaraq qanuni və hüquqi əsaslı qətnamə və qərar qəbul edəcəklər. Təsəvvür edin ki, Beyləqan Rayon Məhkəməsində bu işə baxılarkən iş üçün mühüm əhəmiyyət kəsb edən cavabdeh X.Əhmədov tərəfindən  qanunsuz zəbt olunan ərazilərin dəqiq ölçülərinin müəyyən edilməsi məqsədilə  torpaqsunasliq  və texniki ekspertizanın kecirilməsi ucun iddiacin Vüqar Qasımov tərəfindən verilmiş  vəsatət münasibət bildirilməmisdir. 12 avqust 2020-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində bu işlə bağlı baxış iclası keçirilməsi nəzərdə tutulub. Biz iddiaçı olaraq böyük inamla Ədliyyə nazirliyin rəhbərliyin bu məsələnin obyektiv ,hərtərəfli tam araşdırılaraq ,tərəflər arasında birinci instansiyası məhkəməsində  yol verildiyi kimi açıq-aşkar  ayriseckilik təkrarlanmayan ədalətli qətnamənin qəbul edilməsi üçün öz tövsiyyə və tapşırıqlarını əsirgəməyəcək. Artıq dərəcədə Sizdən xahiş edirəm Şirvan Apellyasiyasi Məhkəməsinin MİUMK-nin icraatında olan 1(102)-1440/2020 saylı işi nəzarətə goturəsiniz.
Ümid edirəm bu müraciətim baxılmamış və nəzarətsiz  qalmayacaq və iş üzrə həmin ərazidə qanunsuz zəbt olunmuş torpaqların dəqiq ölçülərini müəyyən edilməsi üçün hazırki iz üzrə Torpaqşünaslıq və Tikinti-Texniki ekspertizası təyin olunacaqdır.

 Qeyd edim ki, iddiaçı tərəfindən bununla bağlı ekspertiza tələb olunsada naməlum maraqlardan birinci instansiya sayılan Beyləqan Rayon Məhkəməsi qərəzli şəkildə təyin edilməmişdir və ümumiyyətlə vəsatətə dair işə baxan hakim tərəfindən münasibət bildirilməmişdir.

 

Hörmətlə,
İddiaçı Vüqar Qasımov

04 avqust 2020-ci il

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər