Gündəm

Qazaxda içməli su və kanalizasiya problemi həll edilir (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur.

"Azərsu" ASC-dən Trend-ə bildirilib ki, Qazax şəhərində 1970-ci illərdə yaradılmış su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşüb. Ötən dövrdə əhali artımı və məskunlaşmanın genişlənməsi səbəbindən infrastruktur mövcud və perspektiv tələbatı qarşılamaq iqtidarında deyil. Bütün bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb.

Layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaqdır.

Qazax şəhərini və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılması nəzərdə tutulan 12 subartezian quyusunun 7-si qazılıb. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəmərinin 4 km-lik hissəsi çəkilib. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan su anbarının tikintisi üzrə işlərin 60 faizdən çoxu yerinə yetirilib. Qazax şəhərində inşası nəzərdə tutulan 106 km paylayıcı su şəbəkəsinin 80 km-lik hissəsi tikilib. Ümumilikdə yeni şəbəkədən 5870 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur. Şəhər ərazisində inşası nəzərdə tutulan 82 km kanalizasiya şəbəkəsinin, 4,4 km kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 70 faizi icra olunub.

İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb və hazırda binada son tamamlama işləri aparılır.

Qazaxda içməli su və kanalizasiya problemi həll edilir (FOTO) - Gallery Image
Qazaxda içməli su və kanalizasiya problemi həll edilir (FOTO) - Gallery Image

Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər