mumtv.az
mumtv.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
28-07-2020, 16:10 65 dəfə baxılıb

Sabah hava necə olacaq?
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Mumtv.az Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata əsasən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz  30-35, Bakıda  gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında gündüz saatlarından başlayaraq  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz  20-24 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

İyulun 29-u gündüz və iyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA