Gündəm

Rejissor: Tovuzdakı real döyüşləri əks etdirən sənədli çarxı tezliklə təqdim edəcəyik









 
 
 
 


Bu gün müsahibim gözəl proqramlara imza atmış rejissor Ay Production-un rəhbəri Oktay Əliyevdir. Öncə onu qeyd edim ki, Oktay Əliyev böyük bir yaradıcı məktəbin yetirməsidir.
O, 2003-cü ildə Azərbaycanda keçirilmiş "Naməlum kino” festivalında 18 ölkədən qatılan nümayəndələr arasında "Ən obyektiv jurnalist” nominasiyasına layiq görülüb. Müxtəlif telekanallarda dəfələrlə maraqlı layihələrlə izləyicilərin qarşısına çıxıb. "Retro”, "Kinoklubda görüş”, "Həyatın bir anı” kimi Qızıl fondda saxlanılan proqramların yaradıcı qrupunda iştirak edib. AzTV kimi yaradıcı bir məktəbin yetirməsi olmasıyla fəxr edir. Ən hörmətlə andığı ad isə bu günlərdə koronavirus səbəbi ilə həyatını itirən Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevdir. Oqtay ilə söhbətimizə də əziz müəlliminin, ustadının xatirəsi ilə başlayır.

- Oktay, xoş gördük. Nə zamandır, görüşmürük. Necəsən?

- Əslində bu günlər çox üzüntülüyəm. Etibar müəllimin ölümü məni dərindən sarsıtdı. O mənim üçün müəllim, ustad olmaqla yanaşı, böyük qardaş idi. İncəsənət Universitetinə daxil olandan sonra, elə birinci kursdan onun yanıında rejissor assisenti kimi işləməyə başlamışam. Ali məktəbdə sadəcə dərs keçilir, iş prossesində isə sən her şeyi yerində öyrənirsən, həm də daha dərin və daha yaxşı. Bu mənada mən rəhmətlik Etibar müəllimə çox şey borcluyam. Çox gözəl insan idi, Eyni zamanda işinin peşəkarı, zəhmətkeş ,öyrənməyi və öyrətməyi sevən sənətkar idi. Mən onun şəxsində həm qardaşımı, həm ustadımı, həm də dəyərli bir insanı itirmişəm.

- Bildiyimə görə, yaxın dostlarınızdan olan Həmidə xanım Ömərova da sizing müəlliminiz olub.

- Bəxtim onda gətirib ki, həmişə gözəl müəllimlərim olub. Mənə peşəmin sirlərini öyrədən ustadım İman Məcidovun adını da çəkmək istəyirəm. Həmidə Ömərova universitetdə oxuyanda dərs deyirdi mənə. O zamanlar mən də AzTV- də Kinoproqramlar və dublyaj Baş Redaksiyasında işləyirdim, dərsə gedə bilmirdim. Semestrin sonunda mənə dedi ki, səni dərslərimdə görmürəm, qiymət yazmayacam . Mən də dedim ki, Həmidə xanım mən kinoproqramlar redaksiyasında işləyirəm. Qucaqladı məni, dedi sən ən yaxşı dərsi elə orda almısan, qiymətin hazırdır.Sonralar da məşhur "Retro” proqramının birlikdə çalışdıq.

- Bir aralar sizin producsion ölkə üzrə səs gətirən, çox maraqlı layihələrlə efirə çıxdı. Yeni layihələr varmı, tezliklə sizing yeni əl işlərinizi görə biləcəyikmi?

- Bəli, bizim hər zaman izləyicilərin marağını çəkən məhsullarımız olub.Hədiyyələrlə, musiqyiqlə, eyni zamanda ciddi social, ictimai proqramlarla efirlərə çıxmışıq, sözümüzü demişik. Yeni işlərimiz də var. Bir neçə layihə planlamışıq, hətta bir neçəsi artıq hazırdır, bu günlərdə efirlərə çıxacaq. Sadəcə pandemiya bütün sahələrdə olduğu kimi, bizim işlərə də müəyyən durğunluq gətirdi. Bir uşaq verilişi hazırlayırıq. İki kanalda veriləcək. Sosial şəbəkələrdən ən çox yer alan xəbərlərin toplusunu da bir proqramda yeni formatda təqqdim edəcəyik. Bir çox çəkilişlərimiz var ki, onları dayandırdıq ki, nə əməkdaşlarımız, nə də aralarında olduğumuz insanları yoluxdurmayaq. Türkidilli ölkələr arasında pop musiqi yarışması keçirəcəkdik. Danışıqlar aparmışıq, razılaşmalar, müqavilələr hazır idi. Pandemiyaya görə bu layihəni saxlamalı olduq. Amma indi onu da düşünürük ki, biz işimizi elə quraq, formatlarda bir balaca dəyişiklik edərək layihələrimizi ləngitmədən təqdim edə bilək.

- Kino, sənədli filmlər bu gündən sabahımıza ən yaxşı yadigardır. Son günlər ölkəmizin gündəmi Tovuzda baş verən təxribatlar, bunun fonunda ermənilərlə-azərbaycanlılar arasında baş verən toqquşma xəbərlərilə çalxalanır.Siz necə, "Ən obyektiv journalist” olaraq bununla bağlı hansısa bir iş üzərində fokuslaşa bildiniz?

- Sərhəddə, Tovuzda igid general və əsgərlərimizin həlak olması ürəyimizə toxunsa da bizi sarsıtmadı. Xalq olaraq ayaqlanmağımız da bunu göstərdi. Biz indi şəhid olan general və əsgərlərimiz haqqında bir sənədli film üzərində işləyirik. Real kadrlarla 15-20 dəqiqəlik bir çarx olacaq. Heç yerdə görünməyən lentlər var. Çox maraqlı bir iş alınacağından əminəm və bunu telekanallarımıza təqdim edəcəyik. Kommersiya filmi deyil, sırf şəhidlərimizin xatirəsinə ithafən yaradılıb, əminəm ki, kanallarımız da bu sənədli çarxın nümayişinə dəstək verəcəklər. Bu günlər xalqımızın mübariz ruhunu görmək, hiss etmək dilə gəlməyəcək qədər gözəl duyğudur. Mən özüm də hərbi xidməti Sərhəd qoşunlarında keçmişəm, Lazım gələrsə, vətən çağırarsa, bu uğurda canımı verməyə hazıram.Bu işdə təcrübəmin olduğunu da düşünərək hesab edirəm ki, Sərhəd Qoşunlarında mənim iştirakım faydalı olar.

- Siz də könüllü olaraq yazılmısız?

- Əslində hərbi xidmət keçmiş hər kişi yazıldı-yazılmadı, döyüş başlayarsa dərhal səfərbərlik xidmətinin qarşısında olmalıdır.Döyüş başlasa əlbəttə ki, hər işi qoyub , ilk növbədə vətəni qorumağa dəcəyik. Bəli, mən də yenidən könüllü əsgər olaraq yazılmışam.Üstəlik, əslən Bakı olsam da, məni Tovuza bağlayan xüsusi tellər var.

- Bir ara sıxıntı çəkdiyini də eşitdik...

- Olur həyatda hamının başına hər iş gəlir. Biz bəzən elə bilirik ki yaxşılıq edirik. Amma nəticəni zaman göstərir, sən yaxşılıq etmisən yoxsa yox. Mənə də belə bir zərbə dəydi. Mənəvi cəhətdən sarsıldım. Lakin ana- atam və çox yaxın iki dostumun dəstəyi ilə mən yenə gücləndim və bu gün artıq bizim şirkətimiz böyük rəqabətə hazırdır. Bizim silahımız da gözəl ideyalarımız, və bu ideyaların məhsulu olan layihələrimizdir. Necə deyərlər, igid odur atdan düşsə, atlana.

- Uzun müddət tanınmış sənətkarlarla işləmisiz. Yəqin ki, maraqlı hallar yaşanıb.

- Bəli çox olub. Məsələn elə olub, proqramın efirə getməyinə yarım saat qalıb, amma material olan kaset itib. Biz Etibar müəllimlə onu yarım saata yenidən işləyib, montaj edib efirə vermişik. "Kinoklubda görüş” verilişinin çəkilişlərində Xalq artisti Hacı İsmayılovu ayrıca çəkməliydik. Dedilər saat 8-ə de gəlsin çəkilişə. Özü də çəkiliş Xırdalanda olacaq Mən səhər tezdən Hacı müəllimi çağırıb aparmışam Xırdalana . Sonra məlum olub ki, çəkiliş axşam saat 8-ə olub. Hacı müəllim də sağ olsun, daha narazılıq etmədi, gülüşlə qarşıladı.

- Bu gün bir çoxları telekanallarımızın fəaliyyətindən, efirə gedən verilişlərin keyfiyyətindən, aparıcı mədəniyyətindən narazılıq edir.Bir proqramı hazırlayanda ən çox nəyə önəm verirsiniz?

- Bilirsinizz, hər işi görəndə onun arxasında qazanc güdmək lazım deyil. Bəsit bir şeylə efirə çıxıb, kiməsə özünü niyə söydürəsən. Efirə çıxıb özünü söydürənlər var.

Mənim üçün ən önəmlisi o veriliş, o proqram insanlara faydalı olsun, konkret nəsə yardım etsin, öyrətsin. Efir mədəniyyət deməkdir. Bu olarsa sənin gördüyün işin bir anlamı , vicdanın da rahat olur. Həm də gərək, yaradıcı insan olaraq yeni bir iş ortaya qoyanda imzanı atasan, hər yeni işin digərindən daha uğurlu olsun, yadda qalsın. Buna can atmışam həmişə. Yenidən gələcəyimiz layihələrdə də bu məqamları əsas götürmüşük. Çox böyük bir işlə yaxın zamanda izləyicilərimiz bizi görəcəklər. Sirlərimizin hamısını açmaq istəmirəm, lakin demək istəyirəm ki, gözələnilməz, fərqli bir sürprizlə qarşılaşacaqlar. Bu proqramda izləyicilərimiz də iştirak edəcək, onlar da qazanacaqlar. Həm maddi, həm mənəvi anlamda.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər