Gündəm

Balakən rəhbərliyi illərdir sakinlərə "Kərbəla müsibəti" yaşadır- Foto/Video
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Allah-Tala bəxş etdiyi sonsuz nemətləri içərisində həyat üçün ən zərurisi Suyu yaratdı. Yaşadığımız dünyamızın dörddən üç hissəsi su ilə əhatəlidir. Məntiqə vardıqda isə Yer kürəsinin insanları susuzluqda əziyyət çəkməməlidir. Gəlin buraxaq Yer kürəsinin sakinlərini, öz evimizun su təchizatına nəzər salaq.

Balakən rayonu Respublikamızın göz oxşayan, könül açan gözəllikləri ilə ruhumuzu oxşayır. Ruhumuz o yerə qədər zövq alır ki, Balakən rayonunun Qazma kəndində qarşılaşdığımız bir qrup vətəndaşlarla tanış olana qədər. Tanış olmağa olduq. Amma necə?

Necəsini biz şəhr edək, sizlər də hali olun.

Balakən rayonun Qazma kəndinin sakinləri, rayonun rəhbərliyi ilə üç ildən artıq davam edən "su müharibə”sində "məğlub” olduqdan sonra "DoğruXeber.az” informasiya agentliyinin redaksiyasına pənah gətirib, "ürəklərini boşaltdılar”. Onlar ürəklərini boşaldınca da başda Balakən rayon İcra Başçısı İslam Rzayev olmaqla rayonun səlahiyyət sahiblərinin məsuliyyətsizlik yükülərinin üzərinə yük yığıldı.

Balakən Rayonunun Qazma kəndində yaşayan əhali evlərinin on addımlığında qazılan arteziyan quyularnın suyuna həsrət qalıblar. Əhali içməli suya olan tələbatlarını ödəmək üçün qışın soyuğunda, yayın istisində kilometrlərlə məsafə qətt edib, böyük əziyyətlə meşədən su gətirirlər. Üstəlik köməyi olmayan yaşlı insanlar üçün bu əziyyət daha da dözülməzdir. Əhalinin söylədiklərinə əsasən bəhs etdiyimiz problemlə bağlı dəfələrlə rayonun İcra Başçısının qəbulunda olsalar da hər səfərində yağlı vədlər verərək, insanların hüquqlarını heçə sayırlar.

Əhalinin su probleminin yerli İcra Nümayəndəliyi və ya yerli Bələdiyyə tərəfindən həll olunmasına gəlincə isə, sanki insanların yaralarının qaysağını qopardıq. Kameramıza müsahibə verən vətəndaşların hamısı bir ağızdan bildirdilər ki, suyun verilməməsi elə onların öz günahlarıdır. Düşünürük ki, kəndin yaxınlığında ardı-arda qazılan iki arteziyan quyusun suyu əhalinin içməli suya olan tələbatını artıqlaması ilə ödəməyə yetər. Elə isə nədir bu xalqın "su” deyib nalə çəkmələrinin səbəbi?

Müsahibim susuzluğa məhkum edilmələrinin günahını Xalxa, Mansur, Adil, Telman adlı şəxslərin birbaşa günahları olduğunu vurğuladı. Adı gedən şəxslərin kim olduqları, hansı səlahiyyət sahibi olduqları bizə məlum deyil. Məhs bu səbəblə də onların hərəkət və hərəkətsizlikləri barəsində fikir söyləyə bilmərik. Onu isə söyləyə bilərik ki, yayın yandırıb-yaxan istisində insanlara bir damla suyu əsirgəyən bu səlahiyyət sahiblərinin "halal zəhmətlə” əldə etdikləri mülklərinin bağçasında yaradılan süni şəlalələrdən axan sular əhalinin susuzluqdan yüksələn fəryad səslərini eşidilməz edir.

Yəqin ki, Balakən rayonunun rəhbəri düşünür ki, Qazma kəndinin əhalisi rayonun "düşünən başlarına” qarşı "çoxxxx haqsızlıqlar” edirlər. Məgər insafdırdırmı ki, onların ərköyün balalarının, şıltaq xanımlarının, "dəyərli qonaqlarının” yayın istisində sərinləmələri üçün yaradılış hovuzlarada təkrar istifadə olunmuş sudan istifadə olunsun? Yaxud bəzəkli çarhovuzlarda bəslənəm qızıl balıqları köhnə suda üzsünlər? Sakinlər öncədən necə yaşayıblar indi də elə yaşamaqlarına davam etsinlər. "Su” deyib şivəv salmasınlar!

Məsələ yalnız su problemi ilə bitsəydi nə dərdimiz var idi? Kəndin elektrik sahəsində də yol verilən nöqsanlar əhalinin dinc yaşamını əllərindən alıb. İşıq dayaqlarının istismar müddətlərini başa vurması səbəbilə çökmələri əhalinin həyatı üçün əsl təhlükə mənbəyinə çevrilib. Təhlükədən qorunmağın çarəsini isə valideyinləri övladlarını evdə bağlı saxlamaqda görürlər. Təbiətin belə füsünkar bir vaxtında məgər rəvamı ki, azyaşlı uşaqlar elektrik kabusu səbəbilə evlərindən çölə buraxılmasın? Rayonun rəhbərliyi su kimi işıq problemi ilə də "dəyərli” vaxtını itirmək istəmir. Didər bir tərəfdən də düşünürük ki, yəqin rayonun düşüncə sahibi olan səlahiyyətliləri Qazmalı kəndinin əhalisini uşaqdan böyüyə səfalətə məhkum ediblər. Lakin vacib bir həqiqəti unudurlar ki, Azərbaycan Respublikasının hər bir sakini ölkə Prezidentinin diqqət və qayğısına böyük ümüd bəsləyib etimad göstərir. Prezident isə xalqının taleyini İslam Rzayev kimi rəhbərlərə etibar edir. Etibardan suistifadə isə dövlətə xəyanətdir. Özünü xalqın xidmətçisi adlandıran Ulu Öndərin kəlamını unudan bəzi məmurlarsa tabeliklərində olan xalqı kölələri hesab edirlər.

Yuxarıda qeyd etdiyimiz kimi Balakən rayonu gözəl təbiəti ilə turizm biznesinin inkifafında öndə dayanır. Təbiətin verdiyi belə bir fürsət isə işbazlar üçün əvəzsiz sərvətdir. Əhalinin iddialarına əsaslansaq söyləyə bilərik ki, rayon turizm biznesinə əlverişli məkan olduğu üçün başçı bu fürsəti digərlərinə buraxmayıb özü qollarını çırmalayıb, istirahət mərkəzləri yaradıb. İstirahət mərkəzlərindən gələn gəlir isə şəxsi kapıtalının artırılmasına xidmət göstərir. Biz isə son olaraq onu söyləmək istərdik ki, xalqın haqqını mənimsəyən hər bir kəs əvvəl-axır haqq qarşısında hesab verməli olacaq.

Yuxarıda adları qeyd olunan hər kəsin mövqeyini dinləyib, dərc etməyə hazırıq.

"DoğruXeber.az”

Balakən rəhbərliyi illərdir sakinlərə "Kərbəla müsibəti" yaşadır- Foto/Video

Son xəbərlər

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Bütün xəbərlər