Gündəm

Tarixin heç bir dönəmində Azərbaycan bu qədər güclü olmamışdı
Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, burada çox insan siyasətlə məşğuldur, siyasi proseslər barədə proqnozlar verir, mühakimələr yürüdür. Xaricdə isə hər kəs özünə aid işlə məşğuldur.

Vətənimizi sevməli, onun müstəqilliyi və bütövlüyü üçün alışıb-yanmalıyıq, ancaq dəqiq bilmədiyimiz məsələlər barədə dərin mühakimələr yürütməməliyik.
Dövlət qulluğunda 20 ilə yaxın təcrübəm var. Bir çox ali dövlət qurumlarında çalışmışam. Siyasət heç də çoxlarının düşündüyü qədər sadə iş deyil. Kənardan şox şey asan gəlir. Xüsusilə hansısa məsələ ilə bağlı məsuliyyət daşımayan insan üçün fikir yürütmək və qərar qəbul etmək asandır. Ancaq tarixi məsuliyyəti düşünəndə qərar vermənin heç də asan olmadığı aydın olur. Ona görə kənardan baxaraq məsələlərə asanlıqla münasibət bildirməyək. Onu da deyim ki, hər hansə bir məsələ haqqında fikir bildirmək üçün həmin məsələdən tam hali olmalısan. Xüsusilə də konkret sahəyə cavabdehlik daşıyırsansa, məsuliyyətin ikiqat artır.

Hamımız nəzər almalıyıq ki, tarixin heç bir dönəmində Azərbaycan bu qədər güclü olmamışdı, beynəlxalq qurumlar Azərbaycanın mövqeyini bu qədər dəstəkləməmişdi. Məsələyə səthi yanaşanlar irad bildirəcəklər ki, güclü olsaq, torpaqlarımız 30 ildir işğal altında qalmazdı. Əvvəlcədən bir daha bildirirəm ki, tələsməyək. Onu da qeyd edək ki, ermənilər, eləcə də digər düşmənlərimiz Azərbaycanın mövqeyinin bu qədər güclü olmasından narahatdırlar, ona görə ölkəmizi hər an qarışdırmağa hazırdılar.

Bu gün regionda ciddi proseslər gedir. Ümumən götürdükdə, bizim xeyrimzə olan xeyli məsələ var. İndiki vəziyyətdə nə etməliyik? Dövlətimizin ətrafında sıx birləşməli, birlik və həmrəyliyimizi qorumalıyıq. "30 ildir gözləyirik, daha nə qədər gözləyəcəyik” sualını verənlərə isə deyirəm: hələ ki tarixi məqamı və fürsəti gözləməliyik.

Məsələ "Qarabağı hücum edub götürək” qədər sadə deyil. Tovuzda baş verənlər də göstərdi ki, düşmən çox hiyləgər və məkrlidir. Bu gün qarşımızda duran ən vacib məsələ ölkədə sabitliyi qorumaq və ölkə rəhbərliyi ətrafında sıx birləşməkdir.

Bu gün düşməni hər şeydən öncə ölkədəki sabitliyi, birlik və həmrəyliyi pozmaq düşündürür. Düşmən gözəl bilir ki, Azərbaycan Ordusu güclüdür, ona layiqli cavabı verəcək, Azərbaycan üzərində qələbəyə sabitliyi və həmrəyliyi pozmaqla nail oluna bilər. Ona görə müxtəlif vasitələrlə məqsədlərinə çatmağa çalışırlar.

Bütün dünya dövlətlərində insanlar hər zaman ümummilli məsələlərdə birləşirlər. Dövlətin mənafeyini heç nədən üstün tutmurlar, öz eyblərini, başqalarının yanında açıb-ağartmırlar, öz dövlətlərinə düşmən və qənim kəsilmirlər. Bir daha qayıdıram ən vacib məsələyə – sabitlik və həmrəylik məsələsinə. Bu, ən prioritet məsələdir. Onu tam təmin edə və qoruya bilsək, bütün torpaqlarımızı qaytaracağıq. Bu olmasa, düşmən öz xəbis məqsədlərinə asanlıqla çatacaq.
Bu baxımdan məsələyə daha qlobal yanaşmalı, kiminsə vətən sevgisi və yanğısı eşqindən sui-istifadəyə yol verməməliyik. Tanrı Azərbaycanı qorusun!
(Yenigundem.az)

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər