Gündəm

 Anar Məmmədov:Düşmənin hər bir təxribatına Azərbaycan Ordusu layiqli cavab verir və verməyə də davam edəcək

Tovuz istiqamətində gedən döyüşlərdə də düşmən bir daha ordumuzun gücünü gördü.Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq.

Dünən axşam saatlarında xalqımız ordumuza və Ali Baş Komandanımıza dəstək nümayiş etdirərək, xalq – iqtidar birliyinin, xalq – ordu birliyinin vəhdətinin təcəssümü olaraq paytaxt ərazisində "Ya Qarabağ ya ölüm”, "Şəhidlər ölməz, Vətən bölünməz”, "Ali baş komandan əmrini gözləyirik” kimi şüarlar səsləndirdilər. Təbii ki, bütün bunlar çox qürurvericidir. Lakin əfsuslar olsun ki, beşinci kolon növbəti dəfə öz mənfur niyyətlərini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı. Bu hadisə isə artıq qərəzli şəkildə, qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı mərkəzlər tərəfindən hazırlanmış bir təxribat idi. Bunun isə yalnız bir adı var: şəhid adından istifadə edib ictimai-siyasi sabitliyi pozmaq. Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, zor tətbiq edərək Qarabağa gedən yolu Milli Məclisin binasına daxil olmaqda görmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu son iki gündə torpaqlarımız uğrundan canından keçən şəhidlərimizin ruhuna edilmiş ən böyük hörmətsizlikdir. Bu gün ölkəmizin yüksək templə inkişafı ve sabitliyi, eyni zamanda sərhəddə düşmən üzərindəki üstünlüyümüz bəzi antiazərbaycan qüvvələrinin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları ilə belə məkrli oyunlar oynuyurlar. Ancaq hadisələrin inkişafı göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyat keçirmək mümkün deyil. Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyənlər, xaricdə oturub burada qarışıqlıq yaratmaq istəyənlər, sapı özümüzdən olan baltalar anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Bizim sabitliyimizin əsasında Azərbaycan xalqı dayanır. Bizim düşmənlərimizi də narahat edən elə budur. Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istəyirlər. Lakin dünən bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir.
Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik və lazım gələrsə vətənimiz qarşısında borcumuzu ödəməyə hazır olmalıyıq. Buna görə də həmrəy olub, Ali Baş Komandanın əmrini gözləməli, heç bir təxribata yol verməməliyik. Çünki Azərbaycan xalqı qorxmaz və vətənpərvərdir. Biz son damla qanımızacan döyüşərək doğma vətənimizi gözbəbəyi kimi qorumağı özümüzə müqəddəs borc bilirik.

(Yenigundem.az)

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər