Gündəm

 İcra başçısının sürücüsü "Arena MMC" şirkətində baş vermiş hadisəyə necə müdaxilə etdi?-Prokurorluq nə üçün hadisəni araşdırmadı-Video







 
 
 

 




Ötən ilin son aylarından başlayaraq,silsilə xarakterli məmur həbslərinin həyata keçrilməsi cəmiyyətin böyük əksəriyyətində  müxtəlif fikirlərin formalaşmasına səbəb olmuşdur. Uzun illər boyu İcra başçısı postunu zəbt etmiş  bir sıra harınlamış məmurlar,verilən səlahiyyətdən sui-istifadə edərək öz şəxsi maraqlarına xidmət ediblər. Əlbəttə ki,həbs edilən və vəzifəsindən uzaqlaşdırılan məmurların törətdikləri qanunsuz əməllər, hakimiyyətin müəyyən dairələri tərəfindən ictimaiyyətə təqdim edilmişdir. Beləliklə də bir daha sübut olundu ki,vəzifə sahiblərinin böyük əksəriyyəti rüşvət bataqlığında boğulmaqdadırlar.

Dəyərli  "DogruXeber.az”  informasiya agentliyinin izləyiciləri. Bu gün diqqətinizə çatdıracağımız məlumatlar hesab edirik ki,yuxarıda qeyd etdiklərimizdən heç də geri qalmayan əsaslı məlumatlardır. Ötən buraxlışlarımızda Qobustan rayonunda baş verənlər barədə qısa da olsa məlumat vermişdik. Bu gün isə,kifayət qədər əsaslı məlumatları diqqətinizə çatdıracağıq. Belə ki,Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn-nin "macəra"ları bitib tükənmək bilmir ki bilmir. Hələ bu azmış kimi ,İcra başçısının sürücüsü Cavad adlı şəxs rayon Prokurorluğu ilə əlbir olaraq "Arena MMC”də baş vermiş hadisənin ört-bastır edilməsi üçün,şirkətin mühəndisi Məzahir müəllimi də özlərinə cəlb ediblər.
Qobustan rayon sakini Mürşüdov Müdəd Məhəmməd oğlunun bildirdiyinə ğörə 2019-cu ildən oğlu Mürşüdov Məhəmməd Müdəd oğlu,  "Arena MMC” şirkətində fəhlə işləyirmiş. Şirkətdə iş zamanı ayağına paslı mismar bataraq ağır xəsarət almışdır. Baş vermiş hadisədən sonra evə gələn Məhəmməd  yenidən mühəndis tərəfindən işə çağırılır. Ayağı qanlı-qanlı işə qayıdan gənc mühəndis Məzahir tərəfindən verilən işi icra edir və sonra evə qayıdır. Evdə birdən-birə övladının halının dəyişdiyini görən M.Mürşüdov dərhal oğlunu maşına qoyaraq rayon Mərkəzi Xəstəxanasına  aparır. Xəstəxanada ambulator müainədən sonra xəstəni evə buraxıblar.

Elə bütün "macəralar” bundan sonra başlayıb. Belə ki,3 gündən sonra xəstənin vəziyyəti kəskin dəyişib. Baş verənlərdən həyacanlanan M.Mürşüdov tələsik kənd sakinlərindən birinin avtomobili ilə oğlunu Şamaxı mərkəzi xəstəxanasına aparıb. Diaqnostika mərkəzinə çatdırılan xəstənin vəziyyətinin ağır olduğunu görən həkimlər xəstənin dərhal Bakıya çatdırılmalı olduğunu bildiriblər. Çox çətinliklə təcili tibbi yardım maşını əldə edən M.Mürşüdov oğlunu Bakıda Qara-Qarayev xəstəxanasına çatdırıb. Ailənin bildirdiyinə görə ölümcül vəziyyətdə olan övladı 24 gün müainə və müalicədən sonra "Detanus” diaqnozu ilə ayağa durmağı bacarır.  
Maraqlıdır bəs görəsən ailəni bu qədər əzab-əziyyətə salan şirkət rəhbəri,etdikləri qanunsuz əməlin məsuliyyətini dərk edirmi? 

Bu sual əlbəttə ki,bizim üçün də çox maraqlıdır. Amma indi diqqətinizə çatdıracağımız məlumata nəzər salsanız görərsiniz ki,şirkət nəinki öz məsuliyyətini dərk etmir,hətta fəaliyyəti zamanı dövlət vergisindən yayındığına görə cinayət məsuliyyətinə cəlb edilməsi belə qaçınılmazdır. Təəccüblüdür,görəsən bütün bu qanunsuzluqların ardında kimlər dayanır?

M.Murşüdovun sözlərinə görə "Arena MMC"də çalışan 30-dan yuxarı işçinin böyük əksəriyyəti əmək müqaviləsiz olaraq çalışdırılır. Bu isə dövlət vergisindən yayınmaq deməkdir. Hətta vətəndaşın iddiasına görə,sözügedən şirkət İcra başçısının "kurassiya"sında olan şirkət olduğu üçün,bütün baş verən hadisələr məhz elə bu səbəbdən,bağlanılıb atılır bir kənara. İndi çarəsiz durumda qalan vətəndaş son ümid yeri olaraq bizim agentlik vasitəsi ilə ölkə Pezidentinə səslənərək ondan imdad diləyir. Bəli dəyərli izləyicilər,bu sadə və kasıb ailəyə bu qədər maddi və mənəvi zərər vuran şirkət sonunda ailəyə dəymiş maddi ziyanın ödənilməsindən,İcra başçısının sürücüsü Rəsulun müdaxiləsiylə sıyrılmağı bacarır.
Hesab edirik ki,aidiyyatı qurumlar Qobustan rayonunda fəaliyyət göstərən "Arena MMC"də dövlət vergisindən yayınma hallarını və həmin şirkətdə baş vermiş hadisənin təfərrüatlarını araşdırıb qanuni tədbir görərlər.

Keçid alaq məsələnin digər tərəflərinə. Müsahibimizin bildirdiyinə görə Qobustan rayon İcra başçısı Adil Məmmədov rayon sakinlərinə diqqət və qayğı göstərmir. Hətta "Arena MMC"də baş vermiş hadisənin Prokuroluq tərəfindən araşdırılmaması,məhz icra başçısının maraqları dairəsində olduğu üçün,aidiyyatı qurum tərəfindən hadisəyə hüquqi qiymət verilməyib. Zərər çəkmiş ailənin bildirdiyinə görə,məsələ ilə bağlı çox çətinliklə də olsa İcra başçının qəbulunda olublar. Bu dəfə isə başçı "Qurani Kərim"ə and içərək məsələdən xəbərsiz olduğunu bildirib. 

"Görəsən minlərlə qulun haqqını mənimsəyən və haram yollarla milyardlara sahib olan şəxs və ya şəxslər Qurani Kərimə inanırlarmı?" 
Düşünürük ki,böyük sahələrə,dəbdəbəlili villalara,fermalara,varidata və daha nələrə-nələrə sahib olmaq,imanlı şəxslərə aid olan iş deyil. Məhz elə bu səbəbdəndir ki,uzun illər boyu İcra başçısı vəzifəsində çalışan bir çox məmurlar,xalqın haqlarını mənimsəyərək milyonlara sahib olurlar. Bu gün isə ,olunan iddialara görə,böyük taxıl sahələrinə,iri buynuzlu və xırda buynuzlu heyvandarlığa,fermalara,anbarlara və dəbdəbəli villalara sahib olan İcra başçılardan biri də Qobustan rayon İcra başçısı Adil Məmmədovdur.

Müsahibimiz Sənubər xanım və onun həyat yoldaşı Müdəd müəllim iddia edirlər ki,rayon ərazisində başçıya aid xeyli sayda mülk və biznes sahələri var. Təbii ki,sosial mediada bu haqda kifayət qədər məlumatlar dərc olunub. Amma bizim üçün maraqlı olan budur ki,Ağstafa,Neftçala,Biləsuvar və sair rayon İcra başçılarının başlarına gələnlərdən nəticə çıxarmayan hörmətli  A.Məmmədovun arxasında hansı qüvvələr dayanır? Əlbəttə ki,hansı qüvvələrin olub-olmamasından asılı olmayaraq,ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə məhəl qoymayan hər bir məmur,ölkə başçısının etimadına xəyanət etmiş hesab olunur.

Ümidvarıq ki,Qobustan rayon İcra başısı və digər məmurlar haqqında iddia olunan bütün məlumatlar,aidiyyatı qurumlar tərəfindən ciddiyə alınıb və tez bir zamanda təyinatı üzrə yoxlamalar həyata keçirərlər.

Bu hələ son deyil,növbəti buraxlışımızda diqqətinizə çatdıracağımız məlumat hər kəsi təəccübləndirəcək. 

1.Baş həkim Emin Hüseyn işçi personajlarından necə rüşvət alırmış
2.Səhiyyə nazirliyi tərəfindən xəstəxanada aparılan yoxlama zamanı iddiaların həqiqət olduğunun üzə çıxması
3.Baş həkim pediatır həkimin adından bankdan necə pul götürdü
Bizi izləyin...!!
Söz haqları olduğu üçün adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq:

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər