mumtv.az
mumtv.az

Bir ailənin acı həyat dramı - VİDEO

Bir ailənin acı həyat dramı - VİDEO
15-06-2020, 15:16 318 dəfə baxılıb

Bir ailənin acı həyat dramı - VİDEO







 
 
 
 
 












Redaksiyamıza ürəkləri sızladan, tükürpədici bir müracıət daxıl olmuşdur.

Bu müraciətdə kasıb bir ailənin acı həyat hekayəsindən bəhs edilirdi. Əlbəttə bu müraciətə biganə qala bilməzdik. Üz tutduq həmin ünvana -Samux rayonunun Sərkar kəndinə. Az soraqlaşmadan sonra axtardığımız ünvanı tapdıq. Əvvəldən yəqin etdiyimiz kimi kasıb bir ailənin ağır həyat tərzi keçirmələrinin şahidi olduq . Bu bizim üçün çox məsuliyyətli və vicdan tələb edən müsahibə idi. Çünkı hər şey əksinə idi. Öyrənmişdik ki hər zaman valideynlər adətən öz övladları barədə , onların müəyyən xəstəlikləri -problemləri ilə müraciət etməli olurlar. Amma burda tamam fərqli bir müraciət idi. Biçarə bir gənc oğlan hər iki valideyninin xəstə olmasından, onları imkansızlıq üzündən müalicə edə bilməməsindən gileylənirdi. Evdə səliqə -səhman olsada əsil kasıb bir azərbaycanlı ailəsinin hansı məşəqqətlərə necə yaşam tərzi keçirmələri çox aydın görünürdü. Gənc bir oğlan sanki imdad diləyirdi. O rayon rəhbərliyinin, yerli qurumların onun ailəsinə olan biganəlikdən, onun şikayətlərinə baxılmamasından gileylənirdi.
Müsahibimiz İskəndərov Pərvinin dediklərindən: Atam 2-ci qrup əlildir. 2-dəfə inisul keçirib. 24-ildir şəkər xəstəliyindən əziyyət çəkir. O nə yeriyə bilir nə də özünü idarə edə bilir.

Qaşıq qaşıq yemək yedizdiririk. Hərdən də qonşunun köməkliyi ilə bayıra çıxardırıq ki, bir az çöldə bayırda olsun. Gələni -gedəni tanışı bilişi görsün. Anam da xəstədir. 1-dəfə oda həmin xəstəliyi keçirib. 2-həftədən çox ac -susuz qaranlıq otaqda qalıb.

Özümdə heç yerdə işləyə bilmirəm. Hər iki xəstəni evdə tək qoyub heç hara gedə bilmirəm. Dolanışığımız ancaq atamın aldığı -230-manat müavinətdir. Oda bu xəstəlıyin davamlı müalicəsi üçün kifayət etmir.

Dava -dərmanın alınması üçün,sistem qoyulması üçün -300-manatdan çox vəsait tələb olunur. Amma buna heç cür imkanımız çatmır. Bütün bunlarla bağlı rayon rəhbərliyi şəxsən icra başçısı cənab Alı Qocayevin yanında olmuşuq. O isə cavab olaraq mən sizin dərdinizə çarə tapan deyiləm deyib dərdinizi mənim üstümə atmayın söylədi. Bəs biz dərdimizi kimə deyək? Axı Prezidentimizin burda səlahiyyətli nümayəndəsi cənab başçı Alı Qocayevdir.! Biz -1-ci qrup verilməsi üçün İlham həkimin yanında olduq. İlham həkim bu işin başa gəlməsı üçün -3000-manat bizdən şirinlik istəyirdi. Biz ona kasıb bir ailə olduğumuzu, özümin heç bir yerdə işləməməyimi, bu hər iki xəstənin müalicəsi üçün heç cür dava dərman ala bilməməyimizi söyləsəmdə əlbəttə o dediklırimızə qulaq assada bizi istehza ilə ironiya ilə lağ obyektinə çevirdi. Ona bildirəndə ki mən öz haqlı tələblərim üçün, valideynimə olan laqeyd münasibətdən ötrü çəkiliş qrupu gətirəcək o isə cavabında istehza ilə bir azda obrazlı şəkildə desək sanki heç bir məsuliyyət hiss etmir kimi ironiya ilə kimi gətirəcəksən Zauru yoxsa Xoşqədəmi? soruşdu.

Bir insanın acı talehi ilə bu tərzdə oynamaq, ələ salmaq, öz Dövlətinə Rəhbərinə qarşı inamsızlıqın, narazılığın yaranmasına zəmin yaratmaq, hazırlamaq ən azı şərəfsizlikdir. Bu nə bizim melitaritemizə nə də bir ziyalı kimi heç bir etik normalarına uyğun gəlir. Bu sadəcə harınlaşmış qudurğan məmur obrazıdır. Kasıb bir ailənin acı talehinə biganə qalmaq,onun problemlərinə dəstək - kömək olmaq əvəzinə ona bu cür cavab vermək əsla insanlıq deyil.

Cavan bir gəncin fəryadına harayına yəqinki hay verənlər tapılacaq. Amma sual olunur bəs bu Samux rayonunun aidiyyatı qurumları nə işlə məşğul olurlar? Rayon icra hakimiyyətinin başçısı cənab Alı Qocayev bu hər iki xəstənin talehinə niyə belə biganə yaraşır? Cənab İlham Əliyevin tövsiyyələri mesajları Samuxa çatmırmı? Hər bir sualdan doğrudanda sual yaranır.

Müsahibimiz davam edir:

Bizim kənddə bir xəstə qüsurlu uşaq var idi. 1-ci Vitse prezident Mehriban xanım Əliyeva həmin uşağın müalicəsini öz üzərinə götürmüşdü. Müəyyən müddətdən sonra Mehriban xanımın rayonumuza gəlişi gözlənirdi. Həmin müalicə almış uşaqla görüşmək üçün kəndə gəlməli idi. Hamımız,kənd camaatıda Mehriban xanımın yolunu səbirsizliklə gözləyirdik. Mən bu ərəfədə Rayon rəhbərliyinə,kənd rəhbərliyinə müraciət edərək ısrarla bildirdim ki atamı əlil arabasına qoyub 1-ci Vitse Prezidentin görüşünə gedib şikayət edəcəm. Onda nədənsə həm rayon rəhbərliyi, həmdə yerli qurumlar tərəfindən çevik adekvat cavab gəldi. Həkimləri atamla anamın üstünə tökdülər. Hərəsi bir yandan müayinəyə başladılar. Nəticədə Mehriban xanım kəndə gəlmədiyi üçün müayinələrdə qurtardı və yenə həmin problemlərlə üzləşdik.

Müsahibimiz Pərvin İskəndərov çox narahatdır. O media vasitəsi ilə Prezidentimiz İlham Əliyev cənablarına, 1-ci Vitse Prezident xanım Mehriban Əliyevaya, bu bölgədən millət vəkili seçilmiş deputata müraciət edərək onlardan bu məsələnın həlli üçün kömək diləyir. İskəndərov Pərvin inanır ki, onun bu müraciətinə mütləq Dövlət başçısı İlham Əliyev cənabları, 1-ci Vitse prezident xanım Mehriban Əliyeva tərəfindən cavab veriləcək və problemləri çözüləcəkdir.

Bizdə Azinfo TV olaraq bütün bu deyilənlərə və aldığımız müsahibənin detallarını icra hakimiyyənin məsul şəxslərinin iştirakı ilə aydınlıq gətirmək məqsədi ilə elə həm İskəndərov Pərvinlə, həm də digər şikayətçilərlə birgə icra hakimiyyətinə yollandıq.
Amma bizi icra hakimiyyətində qəbul etmədilər, nə də etdiyimiz müraciətlərə cavab verilmədi. Dəfələrlə rayon kodunu yığıb 5-11-44, -5-10-06-nömrələrinə, rayon icra hakimiyyətinin rəsmısı Tahir müəllimin -055-311-67-33-nömrələrini yığsaqda cavab verən olmadı.
Son olaraq bizdə Azinfo tv kimi bu mövzunu daim diqqət mərkəzində saxlayacaqıq, Prezidentimiz İlham Əliyev cənablarının tövsiyyələrinə rəğmən İcrimai Nəzarətin bir qolu olaraq Dövlətimizin və ana yasamız olan konstitusiyamız tərəfindən bizə verilən hüquqlardan və imtiyazlardan istifadə edərək bu məsələlər öz həllini tapınca araşdırmalarımızı davam etdirəcək və aidiyyatı qurumlardan cavab gəlincə, məsələlər öz həllini tapana qədər məşğul olacağıq.
Qarşı tərəfində mövqeyini öyrənməyə, işıqlandırmaqa hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA