Gündəm

Pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və  vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildi. Xüsusən də işsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlərin iki ay müddətində verilməsi 600 min nəfər vətəndaşı əhatə etdi. Hazırda karantin rejimi qismən yuşaldılmaqla davam etsə də, hələ də fəaliyyətinə icaz verilməyən sahələr var. Belə olduğu təqdirdə həmin sahələrdə çalışan və hazırda işsiz qalan əhalinin 190 manat aylıq ödənişi iyun ayında da alması məsələsi gündəmə gəlir.

İyun ayında 190 manat verilə bilərmi?

Mumtv.az xəbər verir ki, "Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, tam olaraq, 190 manatın ödənişi başa çatıb: "Ola bilər ki, bir neçə nəfərdə əlaqə nömrələrini yanlış qeyd etdiklərinə görə və ya işsiz kimi qeydiyyatdan keçdikləri dövrdə qeyd etdikləri telefon nömrəsini hazırda işlətmədiyinə görə banklar onlarla əlaqə saxlaya bilmir. Onu da məşğulluq xidməti mərkəzləri həmin vətəndaşları proaktiv qaydada məlumatlandırırlar, o vəsaitin hansı bank tərəfindən ödənilməsi barədə məlumat verirlər. Onlar da gedib həmin bankdan vəsaitlərini götürürlər. Bu da çox az sayda olan vətəndaşlarla bağlı baş verir”.

190 manat ödənişlə bağlı şikayətlərin araşdırılmasına gəlincə, F.Talıblı bildirdi ki, həmin ərizələr müraciət etdikləri tarixə uyğun olaraq araşdırılır: "Hələ ki indiyə qədər nazirlik tərəfindən birdəfəlik ödəmə verilən vətəndaşlarla bağlı heç bir yanlışlıq olmayıb, vətəndaşlar da cavab məktubları ilə tam razılaşırlar”.

İyun ayında işləməyən vətəndaşlara 190 manatın verilməsinin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazirlik rəsmisi bildirdi ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər  Kabinetinin təsdiq etdiyi qərara uyğun olaraq icra olundu: "O dövrdə bu ödəniş aprel və may ayları ilə bağlı nəzərdə tutulurdu, o zaman əmək bazarı ilə bağlı ciddi qadağalar var idi. Vətəndaşlar yenidən əmək bazarına qayıdıblar. Amma təbii ki, hökumət əgər belə bir qərar verərsə, nazirlik də bunu icra edəcək. Nazirlər Kabineti qərar  verir, biz isə icraçı təşkilatıq”.


Son xəbərlər

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

Bütün xəbərlər