Gündəm

Spiker də əhaliyə müraciət etdi

Milli Məclisin sədri Sahibə Qafarova Operativ Qərargahın həftəsonu küçəyə çıxmaq qadağısıyla bağlı insanlara müraciət edib.

Mumtv.az bildirir ki, spiker qeyd edib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır: "2020-ci il fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlətin bütün gərəkli qurumları səfərbər olmuşdur. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər verib. 

Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnmişdir. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

 

Qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə alaraq, hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın.

Unutmayaq ki, görülən bütün bu tədbirlərin ali məqsədi siz əziz həmvətənlərimizin sağlamlığının və həyatının qorunmasıdır”.

(Qafqazinfo.az)


Son xəbərlər

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bütün xəbərlər