mumtv.az
mumtv.az

Mayda verilən sosial ödənişlərin miqdarı açıqlandı

Mayda verilən sosial ödənişlərin miqdarı açıqlandı
3-06-2020, 13:31 49 dəfə baxılıb

Pul insanın ömrünü 9 il uzadır - ARAŞDIRMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Mumtv.az bildirir ki, "Qafqazinfo”nun məlumatına görə, həmin şəxslərdən 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib.  83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib. 

 

May ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların  maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricisinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA