mumtv.az
mumtv.az

Bakıda əyləncə salonlarında karantin qaydaları pozuldu

Bakıda əyləncə salonlarında karantin qaydaları pozuldu
2-06-2020, 13:07 43 dəfə baxılıb

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyektlər aşkarlanıb.

Mumtv.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri müvafiq tədbirlərlə Rəşid Behbudov 18-də "05”, Nizami 8 ünvanlarında "Baku City” internet əyləncə - oyun salonlarının sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 25 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibləri – 1981-ci il təvüllüdlü Teymur Səmədov, 1974-cü il təvəllüdlü Zaur Hüseynov 1500 manat, digərləri 100 manat cərimə olunublar.


(Virtualaz.org)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA