Gündəm

Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO


 
 



    "Dogruxeber.az” İnformasiya agentliyinin redaksiyasına daxil olan ərizə və şikayətlərdə göstərilən faktların araşdırılmasına operativ və obyektiv yanaşmamız, saytımıza müraciətlərin sayını günbəgün artırır. Qobuparkdan ünvanımıza edilən xeyli telefon zənglərinə əsasən, məcburi köçkün sakinlərin  harayına səs vermək məqsədilə ora baş çəkmək qərarına gəldik.
     İlk baxışdan kompleksdə göz oxşayan  onmərtəbəli,yaraşıqlı binaları, geniş küçələri, dənizkənarı bulvarı xatırladan gözəl parkları və orada gəzişən sakinləri görəndə düşündük ki, zəng edib bizi çağıranlar naşükürlük edirlər. Ancaq... 
     Öncə Qobupark-1-də yerləşən 8-ci binanın qarşısındakı geniş meydanda söhbət edən adamlara yaxınlaşıb vəziyyətləri ilə maraqlandıq və öyrəndik ki, Qobupark Yaşayış Kompleksinin I massivi 2018-ci ilin, Qobupark-2 isə 2019-cu ilin son rübündə istifadəyə verilib. Ümumilikdə 24 binada 2300 ailə məskunlaşdırılıb. Sakinlər işsizlik və maddi imkansızlıqdan əziyyət çəkmələrindən, dükanlarda çox bahaçılıq olmasından, binaların zirzəmilərində və I mərtəbələrində obyekt üçün nəzərdə tutulmuş ticarət-xidmət yerlərinin obyektiv bölünməməsindən, mənzillərə içməli su əvəzinə fasilələrlə texniki su verilməsindən, su qıtlığı ucbatından parklarda yaşıllığın məhv olmasından, gənclər arasında narkomaniyanın kütləviləşməsindən, polisin isə bu və digər qanunsuzluqlara göz yummasından və s. şikayətləndilər. Onlara səbr diləyib şikayət obyektlərinin yerini soruşduq. Onların göstərdiyi istiqamətə yönəlib "Bonus market”ə çatdıq. İnsafən demək lazımdır ki, marketdə bolluq olması və əhalinin alış-veriş etməsi bizə xoş təsir bağışlasa da malların üstündəki etiketlərdə yazılmış qiymətlərin şəhərdəki malların qiymətlərinə nisbətən xeyli baha olduğunu gördük. Sözügedən marketin qonşuluğunda yerləşən və şıdırığı alver gedən aptekdə də ilk baxışdan hər şey normal görünsə də, aldığımız dərman preparatının müqabilində qəbz verilməməsi bizi təəccübləndirdi. Araşdırarkən məlum oldu ki, əvvəllər Qobu-1-də "Tibb məntəqəsi”nin nəzdində, hal-hazırda isə Qobu-2-də iki ilə yaxın müddətdə sərbəst fəaliyyət göstərən aptekdə işə başlandığı gündən bəri kassa aparatı qoyulmayıb. Aptekin müdirini soruşanda isə satıcılar bildirdilər ki, müdirimiz Aygün xanım hər səhər bu iş yerinə baş çəkəndən sonra Lökbatanda müdir işlədiyi digər aptekə yollandığına görə indi burda yoxdur. Satıcılardan müdirin telefon nömrəsini alıb zəng edərək kimliyimizi və məqsədimizi bildirəndə isə Aygün xanım bizi peşman etdi. Biz aptekdən aralaşandan bir az sonra isə özü bizə zəng edib minnətlə bildirdi ki, artıq aptekdəyəm, gəlin görüşək! Biz yenidən ora qayıdanda isə, nə aptek müdirinə nə də səhiyyə işçisinə bənzəməyən və hətta tibb təhsili olub-olmaması barədə sualımıza istehza ilə cavab verən bu adam bizi yenə də aqressiv qarşıladı və sorğularımıza yalnız JEK (Mənzil Kommunal İstismar Sahəsi, red) rəisinin kabinetində cavab verəcəyini bildirdi. Məcbur olub onunla MKİS-nə yollandıq. İlk baxışdan təmkinli şəxs təsiri bağışlayan, lakin kimliyimizi təqdim etməyimizdən həyəcanlanan və yalnız "aptek müdiri”nin "məgər siz banditizm-terrorizm idarəsindənsiniz?”-deyə dirənişindən sonra cəsarətlənən rəis Əhməd Abdullayev  bizim belə işlərə müdaxilə etməyə ixtiyarımızın olmadığını bildirib aptek müdirinə dəstək verməklə bizi daha da təəccübləndirdi. Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrini onlara dəfələrlə izah etsək də sözügedən qanundan xəbərsiz olan bu adamların hansı vasitələrlə və kim tərəfindən belə mühüm postlara təyin olunmasına mat-məəttəl qaldıq. Yalnız təkidlərimizdən sonra MKİS-də onu öyrənə bildik ki, sözügedən aptek ixtisası naməlum olan Fərid Məmmədov adlı şəxsə məxsusdur...
      Sakinlərlə söhbət əsnasında araşdırmalarımız zamanı o da məlum oldu ki, ticarət-xidməti üçün nəzərdə tutulmuş obyekt yerləri indiyədək qeyri-obyektiv şəkildə paylanıb. Belə ki, sakinlərin bildirdiyinə görə, adlarını çəkməyə qorxduqları bir neçə "ərköyün” adamların ailə başçısının, arvadının, oğlunun, qızının və ya yaxın qohumunun adına maraq hesabına sənədləşdirməklə bir ailəyə üç obyekt yeri verildiyi halda, xeyli şəhid ailələri və ehtiyac içində çabalayan digər kasıb ailələr dəfələrlə ərizə ilə müraciət etsələr də, hələ də obyekt yeri ala bilməyiblər. 
      P.S. Görəsən bu və digər qanunlarımızdan xəbərsiz olan bir xanımın Qobupark Yaşayış Kompleksində və Lökbatan qəsəbəsində iki aptekə rəhbərlik etməsi nəyə əsaslanır? Psixotrop tabletlərin satılıb-satılmaması barədə əlimizdə dəlil olmaması səbəbindən hallandırmadığımız narkomaniyanın geniş vüsət almasında sözügedən aptekin fəaliyyəti nə dərəcədədir? Bəs görəsən Aygün xanım nəyə görə 4-cü hakimiyyət olaraq cəmiyyətin aynası sayılan mətbuat işçiləri ilə, yalnız "JEK rəisi”nin kabinetində görüşməyi təkid etdi? Doğrudanmı Qobupark YK-də məskunlaşan səkkiz min nəfərə yaxın əhaliyə xidmət edən MKİS-nin rəisi Ə.Abdullayev öz səlahiyyətlərini yaxşı bilmir və ya öz işinə məsuliyyətsiz yanaşır?    
       İnanırıq ki, çıxışımızdan sonra aidiyyatı qurumun məsul şəxsləri sözügedən məsələlərə tezliklə aydınlıq gətirəcək, mövcud problemlərin obyektiv həllinə nail olacaq və biz də nəticəni saytımızda işıqlandıracağıq. 
       Araşdırmalarımız davam edir. Bizi izləyin!!

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər