Gündəm

Bu günlərdə keçirilmiş sorğulardan birinin nəticəsinə görə hər 10 nəfərdən 4-ü bu və ya digər dərəcədə koronavirusun Çin tərəfindən Qərbi nəzarətdə saxlamaq məqsədilə yaradıldığına inanır.

"The Telegraph” qəzeti yazır ki, bu sorğu COVID-19 epidemiyası ətrafında cərəyan edən qəsd nəzəriyyələrinə və ya konspirologiyaya həsr edilib.

Bu sorğuda "koronavirusu Çin tərəfindən Qərbi məhv etmək üçün yaradılmış biosilah hesab edirsinizmi” sualına rəyi soruşulanların 55 faizi "yox” cavabını verib. Amma respondentlərin 20.2 faizi buna bir azca, 5.5 faizi isə tamamilə inandığını deyib.

İngiltərədəki Oksford Universitetinin kliniki psixoloqları tərəfindən aparılan sorğunun nəticələri "Psychological Medicine” jurnalında dərc edilib. Sorğu göstərib ki, İngiltərədə bir sıra insanlar COVID-19 pandemiyası ilə bağlı elmi və hökumət konsensusuna inanmır.

İngiltərədə rəyi soruşulan yetkin yaşlı adamların 59 faizi müəyyən dərəcədə hökumətin koronavirusun səbəbi məsələsində ictimaiyyəti azdırdığına inanır. Bunlardan beşdə biri və yaxud 21 faizi virusu uydurma hesab edir, 62 faiz isə müəyyən dərəcədə virusun insan tərəfindən düzəldildiyini düşünür. Rəyi soruşulanların 70.9 faizi Dünya Səhiyyə Təşkilatının virusa qarşı vaksinə malik olsa da, onu açıqlamamasına inanmadığını deyib.

Daha 79 faiz bildirib ki, koronavirusun 5G tərəfindən radiodalğalar vasitəsilə radioaktiv zəhər yaydığına inanmır. Mayın 4-ü ilə 11-i arasında 2500 nəfərin iştirakı ilə internetdə keçirilmiş sorğu "Oksford Koronavirus İzahatları, Yanaşmaları və Nəqli” adlanırdı. Sorğu göstərib ki, rəyi soruşulanların təxminən 50 faizi konspiroloji düşüncəyə malik deyil.

Amma adamların 25 faizi qəsd nəzəriyyələrini müəyyən dərəcədə, 15 faizi müntəzəm olaraq və 10 faizi isə yüksək inam dərəcəsi ilə qəbul etdiyini göstərib. Sorğu müəllifləri bildiriblər ki, konspiroloji nəzəriyyələrə inananların əksəriyyəti epidemiyaya qarşı hökumət təlimatlarına əməl etməyən, test vermək və ya vaksinasiya olunmaq istəməyənlərdir.

Oksford Universitetinin kliniki psixologiya professoru, psixoloq-həkim Daniel Freeman deyib ki, konspiroloji nəzəriyyələrin çox yayılmasına və qəbul edilməsinə həm də bu epidemiyanın qeyri-adi xarakteri təsir göstərib. Onun fikrincə, qəsd nəzəriyyələri bir növ adamların böyük təhlükəyə müdafiə reaksiyasıdır.

Tədqiqat bunu da nümayiş etdirib ki, konspiroloji nəzəriyyələr cəmiyyətin geniş təbəqələrini əhatə edir. Psixoloq Sinéad Lambe isə bildirir ki, qəsd nəzəriyyələri adamların bir qisminin hökumətə və dövlət strukturlarına inamsızlığına görə geniş yayıla bilir. Onun fikrincə belə nəzəriyyələr əvvəllər olduğundan daha böyük sürətlə və daha böyük məsafələrə yayılır.(Virtualaz.org)


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər