Gündəm
Gündəm / Dünya
Müharibə kəskinləşəcək
Nə hərbi həll yolu, nə bombalar, nə də pilotsuz aparatlar Liviyaya sülh gətirəcək.
Bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
"BMT-nin mesajı birmənalıdır: Bombardmanı və atışmaları dayandırın!” - deyə diplomat bildirib.
Qurumun Liviya üzrə xüsusi nümayəndəsinin müşaviri Stefan Vilyams Liviya böhranının başqa məcraya istiqamətləndiyini vurğulayıb:
"Hər iki tərəf silah, hərbi təchizat və muzdlu əsgər axınına şahid olur. Buradan belə nəticəyə gəlirik ki, müharibə daha da genişlənəcək, kəskinləşəcək və dərinləşəcək. Təəssüf ki, bunun da Liviya xalqı üçün dağıdıcı təsirləri olacaq”.(Conflict.az)