mumtv.az
mumtv.az

İlham Əliyev Əbülfəs Qarayevi işdən çıxardı

İlham Əliyev Əbülfəs Qarayevi işdən çıxardı
21-05-2020, 17:10 12 dəfə baxılıb

Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Mumtv.az Virtualaz.org-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, bir müddət əvvəl DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirərək nazir müavini Rafiq Bayramov və  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA