mumtv.az
mumtv.az

Xalq artistinin həkim anası QƏFİL VƏFAT EDİB - Öləcəyini 2 ay əvvəl yuxuda... - FOTO

Xalq artistinin həkim anası QƏFİL VƏFAT EDİB - Öləcəyini 2 ay əvvəl yuxuda... - FOTO
19-05-2020, 17:27 54 dəfə baxılıb

Xalq artistinin həkim anası QƏFİL VƏFAT EDİB - Öləcəyini 2 ay əvvəl yuxuda... - FOTO

Anasının öləcəyini öncədən yuxusunda görən Xalq artisti Aygün Səmədzadə tükürpədici hadisə ilə bağlı "Evdəkilərə salam" verilişində açıqlama verib.

Mumtv.az BiG.AZ-a istinadən xəbər verir ki, xanım bəstəkar özü ilə bağlı heç kəsin bilmədiyi maraqlı faktların üstünü açıb.

Aygün Səmədzadə anasının ölüm yuxusunu elə anasına danışdığını bildirib:

 
"Maraqlıdır ki, bu veriliş efirə getdiyi gün anamın ad gününə təsadüf edəcək. Hə, olub. Anam rəhmətə getməmişdən 2 ay əvvəl bir yuxu görmüşdüm, o yuxunun yozmasını anamdan soruşdum. Anam həmişə mənim uşaqlığımda yuxularımdan qorxurdu. Deyirdi ki, Aygünü qoymayın ağlasın, nəsə olar, nəsə baş verər. Bir də ki, mən yuxu görürdüm, yuxumu danışırdım, yuxum çin olurdu.

Mən yuxunu görməmişdən 2 ay əvvələ kimi anam sağlam idi. Biz fikirləşmirdik ki, hansısa xəstəlik ola bilər. Özü də uşaq həkimi olub. Onda yuxumu anama danışdım, anam mənə dedi ki, "Çox yaxın bir adamı itirəcəksən". Mənim yuxumu belə yozdu. Onu anam mənə deyəndə beynimdən elə anam keçdi. Bilmirəm, ani olaraq fikirləşdim ki, anamı itirəcəm. 2 ay sonra bax belə hadisə baş verdi".

Xalq artistinin həkim anası QƏFİL VƏFAT EDİB - Öləcəyini 2 ay əvvəl yuxuda... - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA