mumtv.az
mumtv.az

MDB ölkələrində korona niyə sürətlə yayılmır?

MDB ölkələrində korona niyə sürətlə yayılmır?
19-05-2020, 13:21 51 dəfə baxılıb

Əgər biz ilk gündən müəyyən edilmiş prafilaktik tədbirlərə əməl etsəydik, yay aylarında bu virus haqqında keçmiş zamanda danışa bilərdik.

Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri tibb üzrə professor Adil Qeybulla pandemiyanın insanlarda yaratdığı vərdişlər barədə danışarkən deyib. A.Qeybulla bildirib ki, dünya üzrə bu virusdan ölüm hallarının dəhşətli olmamasına səbəb prafilaktik tədbirlərdir:

"Pandemiyanın müəyyən təsirləri oldu ki, insanlarda təəssürat yarandı, xeyli insan təcrübə qazandı. Artıq insanlara müəyyən qorunma vasitələri məlumdur. Bu yaxşı göstəricidir və insanlar artıq bu kimi vəziyyətlərdə necə hərəkət edəcəklərini bilirlər. Bu gün dünya üzrə bu virusdan yoluxma sayının, ölüm hallarının az olmasına səbəb görülən prafilaktik tədbirlərdir. Əgər bu tədbirlər görülməsəydi, yoluxma sayı, ölüm halları həddən artıq çox olardı”.

Professor bildirib ki, pandemiya müəyyən əşyalardan istifadəni daimi edəcək:

"Zamanla soyuqdan qorunmaq üçün necə papaq, əlləri qorumaq üçün əlcəklər hazırlanıbsa, gələcəkdə qış aylarında istifadə etmək üçün maska formasında qoruyucu şərflər icad oluna bilər. Çünki buna ehtiyac da var. Biz gələcədə respirator infeksiyalarndan qorunmalıyıq. Gördünüz ki, koronavirus ilk başladığı günlərdə bütün dünyada maska ajiotajı yarandı. Bunun və infeksiyaların yayılmasının qarşısını almaq üçün maska funksiyasını yerinə yetirən şərflər hazırlanmalıdır”.

A.Qeybulla MDB məkanında bu infeksiyaya yoluxmanın az olma səbəblərindən də danışıb:

"Buna əsas səbəb sovet illərində vurulan vərəm əleyhinə peyvənd göstərilir. Ancaq bu, hələlik tam sübuta yetirilməyib”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA