Gündəm

Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO




 
 
 



Mövcud olan dünyanın insan üçün müvəqqəti məkan olduğunu dərk edənlər çox-çox azdır. Mütləqdir  ki, hər kəs ya görür ya da eşidir ki, vaxtı çatan hər kəs istər qoca olsun istərsə də cavan,məqam yetişdikdə canını təhvil verir. Bəs o zaman bu dünya nəyə lazımdı ?

Bu sualı Allahın Rəsulunun buyurduğu bir hədis-i şərif ilə cavablandırmaq istərdik. Buyurub: "Bu dünya axirətin tarlasıdır. Kim nə əkərsə, axirətdə də onun bəhrəsini görər".  Təbii ki,ağıl sahibləri bu kiçik cümlənin böyük mənaya sahib olduğunu daha yaxşı bilirlər. Vay o kəslərin halına ki,qızıldan qiymətli cümlənin mənasının fərqinə varmadan,bu dünyanı özləri üçün itirilməz varlıq hesab etsinlər..!!

Dəyərli  "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri. Siz düşünməyin ki,biz bu mövzuya əbəs yerə toxunmuşuq. Bu gün Lənkəran rayonunun Şağlaküçə kəndində elə bir ailənin vəziyyəti ilə sizləri tanış edəcəyik ki,sizləri təəccüb hissi bürüyəcək. Hər kəsə yaxşı məlumdur ki,cənub bölgəsi mövsum zamanı ən çox turizm sahəsindən gəlir əldə edən bölgədir. 

Bəs belə olduğu təqdirdə,bu bölgənin əhalisi nə üçün acınacaqlı vəziyyətdə yaşamağa məhkumdur ?
Əfsuslar olsun ki,acgöz,rüşvətxor və şan-şöhrətə həris məmurlar öz şəxsi biznes və şəxsi maraqlarına xidmət edirlər. Məhz elə bu səbəbdəndir ki,DTX-i bir sıra rayonda uğurlu əməliyyatlar keçirərək,bir neçə harınlamış məmurları birbaşa həbsə göndərib. Amma görünür ki,artıq Lənkəran rayonunda da o cür əməliyyatlara zərurət yaranıb. 

Qaçınılmazdır ki,son günlər sosial mediada Lənkəran rayon icra başçısı haqqında çox sayda sensasion məlumatlar tirajlanır. Maraqlısı budur ki,məlumatların böyük əksəriyyətində bildirilir ki,baş verən həbslərdən təlaşa düşən Lənkəran rayon İcra başçısı Taleh qaraşov bahalı avtomobillərini satışa çıxardıb. Nəzərinizə çatdıraq ki,bir neçə gün öncə ”Bizimyol.info” saytının yaydığı məlumatda bildirilir ki,Lənkəran rayon İcra başçısına məxsus Xətai rayonu Həzi Aslanov qəsəbəsində yerləşən dəb-dəbəli  villasına gündə 4-5 bahalı maşın girib çıxırdı. Amma deyilənə görə bu günlərdə həmin villaya girib-çıxan avtomobillər artıq gəlmir.
Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO







 
 
 
 




Bu gün məqsədimiz İcra başçısının sərvətini sadalamaq deyil,əksinə bu qədər sərvət sahibinin idarə etdiyi rayonda bir əlil atasının övladı üçün əlil arabası ala bilməməsi eşidən və bilən hər kəsi hiddətləndirir. Həbs olunan İcra başçılarının gündəmə təqdim olunan sərvətləri,cəmiyyətdə birmənalı qarşılanmayıb. Təqdim olunan kadrlardan açıq-aydın görünürdü ki,rayonda bütün qurumların rəhbərləri İcra başçısına "rüşvət" ,yəni haqq verir. Belə olduğu halda insanları bir sual düşündürür. O zaman digər İcra başçıları bu cür üsuldan istifadə etmirlərmi?
Hesab edirik ki,bu sualın cavabını tapmaq elə də çətin deyil. 

Təəccüblüdur,görəsən bir əlil ailəsi ilə maraqlanmaq və o ailəyə hansısa bir köməklik göstərmək rayon rəhbəri üçün bu qədərmi mümkünsüzdür? Əslində isə hər zaman ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında xüsusi olaraq vurğulayıb ki,xalqa xidmət edin və onların problemləri ilə yaxından tanış olun. Amma bu gün diqqətinizə çatdıracağımız kadrlardakı görüntülər Prezidentin göstərişlərinin tam tərsini özündə əks etdirir.  1-ci qrup əlil uşaq atası Məmmədzadə Rasim bildirir ki,övladıma bir əlil arabası ala bilmirəm. R.Məmmədzadənin iddiasına görə məsələ ilə bağlı dəfələrlə bütün aidiatı qurumlara rəsmi müraciət ünvanlayıb. Əfsuslar olsun ki, etdiyi müraciətlərin hər biri cavabsız qalıb. Bunlar azmış kimi karantin dövründə dövlət tərəfindən verilən ərzaq yardımlarından əlil ailəsinə şamil edilməməsi ailə başçısını çox qəzəbləndirib. Əlil atasınının narazı olduğu məmurlardan biri də rayonun mərkəzi xəstəxanasının baş həkimi Ağabala həkimdir. Onun sözlərinə görə xəstəxananın baş həkimi Ağabala həkimdən övladı üçün əlil arabasının alınmasına dair köməklik etməsini istəyib.  İstəyinə nail ola bilməyən R.Məmmədzadə son ümid yeri kimi,məhz bizim redaksiyanı seçmişdir. Yerli məmurlardan canı boğazına yığılan vətəndaş R.Məmmədzadə,bizim agentlik vasitəsi ilə ölkə Prezidenti cənab ilham Əliyev və ölkənin 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevadan köməklik istədi.

P.S. Diqqətinizə çatdıraq ki,Lənkəran rayon Şağlaküçə kəndində çəkiliş etdiyimiz vaxt əldə etdiyimiz məlumatlara münasibət öyrənmək üçün ərazi üzrə İcra nümayəndəsi Şaban müəllimin iş yerinə getdik. Amma İcra nümayəndəsi Şaban müəllimi yerində tapmaq bizə nəsib olmadı. Bizim üçün çətin olmasına baxmayaraq İcra nümayəndəsinin mobil telefon nömrəsini əldə edib zəng vurduq. Şaban müəllim bizimlə görüşə bilməyəcəyini və hazırda İcra hakimiyyətində növbətçi olduğunu bildirdi. 

Bu hələ son deyil…!

Əlbətdə ki,söz haqları olduqları üçün adları qeyd olunan şəxslərin mövqeylərin dərc etməyə hazırıq..
Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO
 

Son xəbərlər

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Bütün xəbərlər