Gündəm
Gündəm / Dünya
İrandan 94, Türkiyədən 212, Özbəkistandan 50 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib
"5 may tarixində İran-Azərbaycan quru sərhədi ilə 94 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib".
Mumtv.az bildirir ki, APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki,7 may tarixindəİstanbul-Bakı reysi ilə iki ardıcıl çarter reysi həyata keçirilib, bu çərçivədə 212 Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub.
H. Hacıyev qeyd edib ki, 8 may tarixində Daşkənd-Bakı reysi ilə 50 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.