Gündəm

Azərbaycanda bu məhdudiyyət götürüldü - SON DƏQİQƏ....
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan müvəqqəti məhdudiyyətlərlə bağlı məlumat yayıb.

Mumtv.az metbuat.az-a istinadən xəbər verir ki, AQTA-dan daxil olan məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb:

"OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxmaq zərurəti yaranıb.

Bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatları nəzərə alınaraq, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması ilə bağlı tətbiq olunan bəzi müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Qərara əsasən yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, GürcüstanQazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda yüksək və zəif patogen quş qripi xəstəliyi qeydə alınmış PolşaÇexiyaMacarıstanSlovakiya, Almaniya, RumıniyaUkraynaDanimarkaSəudiyyə Ərəbistanı, Bolqarıstan, Hindistan və ABŞ-ın bir sıra ərazilərindən diri quş və quş məhsullarının idxalında OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipinin tətbiqinə uyğun olaraq icazə verilib.

Eyni zamanda müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub".


Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər